BLOG

DipIFR nədir?

DipIFR nədir?
2019-01-24 01:27:44

  • 1660

  • 4
DipIFR (Diploma in International Financial Reporting) - dünyanın ən böyük mühasibatlıq qurumlarından biri olan ACCA tərəfindən verilən və bütün dünyada tanınan bir diplomdur. Bu gün Azərbaycanda fəaliyyət göstərən əksər şirkət və qurumlar bu standartları bilən mütəxəssislər tələb edir.
 
Kimlər DipIFR imtahanı vermək hüququna malikdirlər?
 
Özəl və ya dövlət sektorunda çalışan maliyyəçilər, mühasiblər, auditorlar və ya bu sahələrdə çalışmaq istəyən şəxslər, qızıl zəmanət və 100% təhsil təqaüdü ilə təklif edilən DipIFR rəsmi imtahanı üçün təlimlərimizə qatılın və təhsil təqaüdü əldə edib rəsmi imtahanda uğur əldə edənlərdən biri də məhz siz olun.
 
DipIFR imtahanı vermək üçün tələb olunan göstəricilər:
 
• Müvafiq ixtisas və müvafiq sahə üzrə ən azı 2 illik akademik təcrübə
• Müvafiq ixtisas və müvafiq sahə üzrə ən azı 3 illik praktiki təcrübə
• ACCA F3, F7, P2 kvalifikasiyalarından ən azı birinə sahib olma
 
DipIFR imtahanı hesablama və test suallarının qarışığından təşkil olunmuş 2 hissədən ibarət olmaqla yazılı formada keçirilir. İmtahan müddəti 3 saat yarım olur və imtahanı uğurla bitirmək üçün minimum 50% və ya daha yüksək nəticə tələb olunur. DipIFR imtahanı il ərzində 2 dəfə İyun və Dekabr aylarında rəsmi ACCA imtahan mərkəzlərində keçirilir.
 
DipIFR sizə qazandıracaq:
 
• Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə bütün dünyada tanınan Diplom
• Beynəlxalq Maliyyə Hesabatları Standartları (BHMS) prinsip və qaydaları üzrə dərin biliklər
• Maliyyə hesabatları elementlərinin anlayışı, qiymətləndirilməsi, təqdimatı və açıqlanması üçün BHMS tələbləri üzrə bilik
• Maliyyə hesabatlarının BHMS standartlarına uyğun olaraq hazırlanması üçün vacib bacarıqlar 
• BHMS – də istifadə olunan ərizə formunun işlənilməsi və inkişaf etdirilməsində professional qərar qəbuletmə üzrə təcrübə 

LATEST NEWS

All comments

  • 1 1

    20

  • 1 1

    20

  • 1 1

    20

  • 1 1

    20

Sign up to write a review. Sign up !