BLOG

ACCA nədir?

ACCA nədir?
2019-01-24 01:45:27

  • 2006

  • 1

ACCA (The Association of Chartered Certified Accountants ) – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası – dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Bu assosiyasiyada 170 ölkədən 404.000 tələbə və 140.000 üzv qeydiyyatdadır. ACCA maliyyə və audit müəssisələrində, mühasibat sahəsində, banklarda işləmək istəyən professionallar üçün xüsusi diplom verir. Diplom 16 imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara verilir.

İmtahanlar 2 hissədən ibarətdir:

Fundamentals:

Accountant in Business AB (F1)- Biznes mühasibatlığı
Management Accounting MA (F2) - İdarəetmə uçotu
Financial Accounting FA (F3) - Maliyyə uçotu

Qeyd! Bunlar Knowledge Modulu adlanır və əsas anlayışları əhatə edir.

Corporate and Business Law LW* (F4) - Korporativ hüquq
Performance Management PM (F5) - Səmərəliliyin idarə edilməsi
Taxation TX (F6) - Vergilər
Financial Reporting FR (F7) - Maliyyə hesabatları
Audit and Assurance AA (F8)- Audit və onu müşahidə edən xidmətlər
Financial Management FM (F9) - Maliyyə menecmenti

Qeyd! Bunlar Skills Modulu adlanır və mənimsənilməsi vacib olan texniki sahələri əhatə edir.

Strategic Professional:

Strategic Business Leader SBL (P1, P3) - Strateji Biznes Lider
Strategic Business Reporting SBR* (P2) - Strateji Biznes Hesabatı

Qeyd! Bunlar Essentials Modulu adlanır və əsas fənləri əhatə edir.

 

Advanced Financial Management AFM (P4) - Maliyyə menecmenti
Advanced Performance Management APM (P5) - Səmərəliliyin idarə edilməsi
Advanced Taxation ATX* (P6) - Vergilər
Advanced Audit and Assurance AAA* (P7) - Audit və onu müşahidə edən xidmətlər

 

Bəs ACCA imtahanlarına necə müraciət olunur və imtahanda kimlər iştirak edə bilər?

ACCA peşəkar kvalifikasiyalarına qeydiyyatdan keçmək və imtahan verə bilmək üçün müəyyən şərtlərə cavab verməklə ACCA-yə tələbə kimi qeydiyyatdan keçməli və əsas
şərtləri təmin etməlisiniz. Bu şərtlərə daxildir:

- Minimum 1 illik bakalavr dərəcəsi üzrə təhsilini uğurla bitirmək

Müraciət üçün www.accaglobal.com ünvanına daxil olaraq orada asanlıqla online şəkildə qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyat üçün təqdim olunmalı sənədlər:
- Şəxsiyyətinizi təsdiq edən sənəd (Şəxsiyyət vəsiqəsi və ya Ümumvətəndaş pasportu)
- Ali təhsil haqqında sənəd (diplom və ya arayış)
- Ali təhsil zamanı aldığınız qiymətləri əks etdirən sənəd (arayış və ya diplom əlavəsi)
- Fotoşəkil
Qeyd: Sənədlər ingilis dilində deyilsə, onlar tərcümə edilib notarial qaydada təsdiq edilməlidir.

ACCA imtahanlarına hazırlaşmaq üçün siz, ya ACCA tərəfindən rəsmi akkreditasiya olunmuş təlim mərkəzlərində təhsil ala, ya self-study adlandırdığımız metoddan istifadə edərək özünüz hazırlaşa, ya da distance-learning deyilən online təlim proqramlarına qeydiyyatdan keçməklə hazırlaşa bilərsiniz.

ACCA imtahanlarının formatı komputer əsaslı və yazılı formada olur. 
Bütün fənlərin keçid balı minimum 50%-dir. (100%-dən)

ACCA peşəkar kvalifikasiyası bütün dünyada yalnız ingilis dilində tərtib olunur. 
Azərbaycanda bəzi tədris mərkəzləri ACCA proqramından və tədris materiallarından istifadə edərək azərbaycan dillində bu təhsili verir. Amma qeyd edək ki, nəticədə əldə olunan sertifikatlar ACCA və eləcə də demək olar ki, heç bir xarici şirkət tərəfindən tanınmır. 

Qeyd edək ki, müəyyən şərtlər daxilində ACCA –nin yuxarıda adı çəkilən 16 imtahanından azad olma imkanı da var. Yəni hazırlaşmadan və imtahana girmədən ACCA rəsmi sertfikatını əldə etmək imkanı var.

Necə?

Siz ilk səviyyə üzrə imtahan verdikdən sonra təqdim etdiyiniz sənədlərə əsasən ACCA tərəfindən sizə azad olunma təklifləri gələ bilər. Siz ya qəbul edib imtahandan azadolma rüsumunu ödəməklə imtahandan azad ola, ya da imtina edib hazırlaşmaqla imtahana girib sertifikat əldə edə bilərsiniz.
Qeyd edək ki, imtahanda iştirak edib sertifikat almaqdan fərqli olaraq, azadolunmada sadəcə bu imtahandan azad olunduğunuzla bağlı myACCA hesabınızdakı transcriptinizdə qeyd olacaqdır və heç bir keçid balı qeyd olunmayacaq.

LATEST NEWS

All comments

  • 1 1

    20

Sign up to write a review. Sign up !