COURSES

PreACCA

PreACCA

( Result of votes 6 )
  • 796

  • 4

Fevral ayında baş tutacaq Ödənişsiz PreACCA təliminə qeydiyyat başladı!

Artıq ACCA təlimlərinə tam hazır olaraq başlayacaqsınız.

İlk dəfə olaraq Honours Academy tərəfindən təsis edilmiş PreACCA təlim proqramı ACCA F2, F3 və ya DipIFR kurslarından birinə qeydiyyatdan keçmək şərtilə ödənişsiz həyata keçirilir. PreACCA təlim proqramına qoşulmaqla siz ACCA üzrə tələb olunan ingilis dilini çox asan metodla öyrənəcək və ACCA imtahanlarına ingilis dilində hazırlaşa biləcəksiniz.

PreACCA proqramı ümümilikdə iki mərhələdən ibarətdir. 

İlk mərhələdə  ACCA öyrənmək üçün lazım olan ingilis dilinin qrammatikası öyrədilir. 

Növbəti ikinci mərhələdə isə ACCA təlimçilərimiz tərəfindən ACCA üzrə ana sütunlar hesab edilən əməliyyatlar üzrə praktik çalışmalar işlənilərək, ACCA-da istifadə edilən yazı üslubu, çalışmalara yanaşma tərzi, bilinməli olan terminalogiya və s. nəzəri olaraq deyil sırf praktiki olaraq öyrədilir. 

Nəticədə 1 aylıq proqramın ardından PreACCA proqramına qatılan bütün tələbələr ACCA üzrə lazım olan səviyyədə ingilis dilini mənimsəmiş olurlar. 

Tam ödənişsiz proqramdan yararlanmaq üçün sadəcə olaraq ACCA üçün hazırlaşmaq istəyinizi ortaya qoymağınız kifayətdir. Bunun üçün Honours Academy-də tədris edilən ACCA F2, F3 və ya DipIFR kurslarından birinə qeydiyyatdan keçməlisiniz. Bundan sonra PreACCA proqramı sizin üçün tamamilə ödənişsiz olur. PreACCA proqramı bitdikdən dərhal sonra qeydiyyatdan keçdiyiniz təlim proqramı üzrə təlimlərə başlayacaqsınız.

Qeydiyyatdan keçən hər kəslə bağladığımız Zəmanət Müqaviləsi əsasında bu keyfiyyəti təsdiqləyir, sizin imtahan nəticənizin uğurlu olacağına zəmanət veririk. 

Honours Academy-də istənilən təlimə qatılmaqla dünyada ilk dəfə HDN Honours Scholarships tərəfindən təklif edilən 4 növ təqaüd proqramlarından birini qazanmaq şansı əldə edirsiniz. 

Təqaüd proqramları haqqında ətraflı məlumatla linkə daxil olaraq tanış ola bilərsiniz:
http://honours.academy/scholarships/

Növbəti PreACCA təlimləri fevral ayının 8-də başlayacaqdır. PreACCA təliminin müddəti 1 aydır və həftə içi 1-ci və 5-ci günləri saat 19:00-dan 21:00-dək təşkil olunur. 

Hazırlaşacağınız ACCA kursu üçün ilkin qeydiyyatı edərək PreACCA təlimlərində tamamilə ödənişsiz iştirak edə bilərsiniz. 

Təlim proqramına nələr daxildir:
 1. ACCA üzrə zəruri olan İngilis dili qrammatika dərsləri
 2. İngilis dilində ACCA – Maliyyə və mühasibatlıq dərsləri
 3. ACCA üzrə “Vocabulary” (Honours Academy-ə məxsus)
 4. Dərslər üzrə xüsusi təkmilləşdirmə materialları (Honours Academy-ə məxsus)
 
 PreACCA təlimindən öyrənəcəkləriniz:
 1. ACCA üçün İngilis dili
 2. Maliyyə hesabatlarının hazırlanması (#SOFP və #SPL)
 3. Accrual və Cash basis üzrə hesablamalar
 4. T hesablar üzrə əməliyyatların aparılması
 
Online qeydiyyat üçün link:
https://goo.gl/s6Uy5m

Ətraflı Məlumat üçün:
‪(+99450) 228 23 20
☎(‪+99412) 408 23 20‬‬‬‬‬‬
Ünvan:SAT PLAZA 13-cü mərtəbə, Bəşir Səfəroğlu küç., 133

LATEST NEWS

All comments

  • 1 1

    20

  • 1 1

    20

  • 1 1

    20

  • 1 1

    20

Sign up to write a review. Sign up !