Dərs oxuyarkən musiqiyə qulaq asmaq fayda verirmi?
Getdikcə daha çox tələbənin özü ilə ilə kitabxanalara və dərslərə qulaqlıq gətirdiyini görürük. Bəs dərs oxuyarkən musiqi dinləmək həqiqətən kömək edirmi?
Tədqiqatlar göstərir ki, musiqi dinləmək beyində bir sıra müsbət təsirlər yaradır. Musiqi eyni anda həm sol, həm də sağ beyni aktivləşdirdiyindən, bu yaddaşınızı gücləndirə və dərs oxumağınızı daha effektiv hala gətirə bilər. Həmçinin, musiqi stressinizi üzərinizdən atmağa kömək edərək dərsə daha yaxşı diqqət verməyiniz üçün imkan yaradır.
Lakin unutmamaq lazımdır ki, bu təsirlər də musiqidən və insandan asılı olaraq dəyişir. Belə ki, sözləri olan mahnılara qulaq asmaq sizin diqqətinizi dağıda, fikrinizi dərsdən yayındıra bilər. Buna görə də klassik musiqiyə qulaq asmaq daha ideal hesab edilir. Həmçinin, özünüzü musiqi ilə oxumağa alışdırsanız, sonradan musiqi olmayan mühitlərdə dərs oxumaq sizin üçün problem yarada bilər.
İstənilən halda, əgər musiqi sizin dərs oxumağınıza kömək edirsə və nəticələrinizə müsbət təsir göstərirsə, bunu etməyə də davam etməlisiniz.