Daşqın Həmidzadə

Daşqın Həmidzadə "Harvard Business School"un menecerlər üçün nəzərdə tutulmuş proqramı üzrə maliyyə təhsili almışdır. Hazırda HDN GROUP şirkətinin direktoru vəzifəsində çalışmaqla bərabər Honours Academy-də maliyyə sahəsində sertifikatlaşdırma proqramları üzrə təlimçilik fəaliyyətilə məşğuldur.

 

Daşqın Həmidzadənin dövlət və özəl sektor olmaqla ümumilikdə maliyyə sahəsində 13 illik iş təcrübəsi vardır. 10 ilə yaxın təlimçilik təcrübəsinə malik Daşqın Həmidzadə bu illər ərzində aparıcı şirkətlərdə yüksək vəzifələrə qədər yüksəlməyi bacaran bir çox kadrlar yetişdirərək iş həyatına qazandırmışdır. Bir çox şirkətlər üçün korporativ təlimlər verən Həmidzadə Daşqın peşəkar karyerası dövründə ölkə daxilində və xaricdə maliyyə təhlili, ticarətin və iri layihələrin maliyyələşdirilməsi üzrə çoxsaylı seminarların, treninqlərin iştirakçısı olmuşdur. Daşqın Həmidzadə maliyyəni çox asan dildə izah etməsinə, hər tələbəyə individual yanaşmasına və tələbələrin yüksək nəticə göstərməsi üçün onlara əlavə zaman ayırmasına və diqqət göstərməsinə görə tələbələr tərəfindən sevilir və böyük rəğbət görür. Təlimçinin dərs zamanı yaratdığı ab-hava tələbələrdə özünəinam və öyrənmə həvəsi formalaşdırır. Məhz buna görədir ki, son 1 il ərzində Daşqın Həmidzadənin 100-dən çox tələbəsi ACCA imtahanları üzrə 90% üzəri nəticə göstərərək böyük uğura imza atmışdırlar. Eləcə də, bu günədək yetişdirdiyi kadrlar hazırda dövlət qurumların, banklarda və müxtəlif özəl şirkətlərdə aparıcı, hətta rəhbər vəzifələrdə öz karyeraları davam etdirirlər.

Daşqın Həmidzadə hal-hazırda Honours Academy-də “Financial Accounting”, “Financial Reporting”, “Financial Management”, “DipIFR”, “CFA Level 1”, “Finance for non-finance managers”, “Corporate Finance”, "Certified Loan Analyst" təlimlərində və "Winter School of Finance" layihəsində təlimçi olaraq fəaliyyət göstərir.