Online VS Face-to-face

Tədris formasından asılı olmayaraq, təlimin keyfiyyətində mənfi mənada hər hansı dəyişiklik olmur. 

Daha dəqiq izah edərsək, həm əyani, həm də onlayn dərslər eyni təlimçi tərəfindən tədris olunur. Əyani dərslərdə olduğu kimi "Zəmanət məktubu", disiplin sistemi, təqaüd proqramları onlayn təlimlər üçün də keçərlidir. Eynilə əyani təlimlər kimi onlayn təlimlər zamanı da tələbələrin displininə (dərsdə iştirak, gecikməyə nəzarət və ev tapşırıqlarının hazırlanmasının yoxlanılması və s.) tam nəzarət olunur. 

Əyani təlimlərin dərs vaxtı və yeri müəyyən olduğu üçün tələbələrin mövzuları daha yaxşı mənimsəməsi və ya suallarının cavablandırılması üçün istənilən vaxt əlavə dərslər təşkil etmək mümkün olmur. Onlayn təlimlərdə isə "location" problemi olmadığı üçün uyğun zamanda asanlıqla əlavə dərs təyin edib tələbələrin ehtiyacı olduğu mövzular üzrə müzakirələr aparmaq mümkündür. Eyni zamanda belə bir imkanın olması onlayn təlimlər üzrə dərs saatlarının əyani təlimlərdən daha çox olmasına şərait yaradır və tədris prosesinə daha çox zaman ayırılmış olur.


Ümumiyyətlə isə onlayn təlimlər bir çox cəhətlərinə görə daha üstün hesab olunur:

* Tələbə olduğu yerdən asılı olmadan təlimə qoşula bilir.

Bilirsiniz ki, əyani FA təlimləri həftəsonu olur. Bəzən həftəsonu tələbələr şəhər kənarı gəzintiyə getmək istəyirlər. Bəzən Bakı kənarı ərazidən həftəsonu ictimai nəqliyyat olmadan təlimə gəlmək maddi baxımda bütün tələbələrə uyğun olmur. Həftəsonu ictimai nəqliyyatın nə qədər müddət fəaliyyət göstərməyəcəyi barədə hər hansı bir məlumat yoxdur. Lakin bəzi tələbələr imtahana öncədən planlaşdırdıqları vaxtda daxil olmaq və sertifikat almaq istəyirlər. Buna görə də onlayn dərs onların gələcək planları üçün əla fürsətdir.

* Əyani dərslərdən fərqli olaraq onlayn dərslərdə iştirak edən tələbələrin həmin dərsi sonradan dinləmək imkanları olur.

* Təlim boyu bütün praktiki misallar Excel üzərində daha anlaşıqlı izah olunur.

Yuxarıda qeyd olunanları ümumiləşdirsək həm onlayn, həm də əyani təlimlər akademiyamız üçün eyni əhəmiyyətə malikdir və eyni strukturda təşkil olunur. Bu səbəbdən təlimlərin tədris formasından asılı olmayaraq keyfiyyət meyarına əminliklə zəmanət verə bilirik.