Haqqımızda

Honours Academy - Institute of Finance maliyyənin bütün istiqamətlərini əhatə edən maliyyə institutu olaraq 2017-ci ilin yanvar ayında yaradılmış və fəaliyyət dövrü boyunca cəmiyyəti və eləcə də bütün dünyanı yaxşı yöndə dəyişdirəcək savadlı insan kapitalını formalaşdırmağı hədəfləyən bir inkişaf yolunu seçmişdir.

Haqqımızda
Məqsədimiz

Peşəkar araşdırmalar apararaq, NLP (Neuro–linguistic Proqraming) əsaslı tədris metodologiyaları sayəsində yetişdirdiyimiz hər bir maliyyəçinin öz istiqamətində peşəkar bir mütəxəssis olmağı və belə mütəxəssislərin gələcəkdə özlərindən sonrakı nəsillər üçün əsas istiqamət göstərən və motivasiya verən bir mayak olması əsas məqsədimizdir.

Məqsədimiz
Niyə biz?

Honours Academy olaraq tədris istiqamətimiz yalnız maliyyə olduğu üçün, peşəkar təlimçilərimizlə bu sahəyə ciddi fokuslana bilirik. Maliyyə sahəsində dərin araşdırmalar edərək, peşəkar maliyyəçilər yetişdirmək üçün araşdırmaların nəticələrini təlimlərimizə tətbiq edirik.

Niyə <strong>biz?</strong>
Üstünlüklərimiz

Azərbaycanda təhsil sahəsində ilk dəfə olaraq məhz Honours Academy süni intellekt və təhsil sahəsinə aid olan dataların analitikalarını təlim proseslərində istifadə olunan dərsliklərin və digər tədris materiallarının tərtibatında istifadə etmişdir.

Üstünlüklərimiz
Etik Qaydalarımız

İşimizi hər zaman düzgün şəkildə aparmağa çalışırıq. Tətbiq etdiyimiz biznes etikası dürüstlüyə, tamlığa və hesabatlılığa bağlılığımızı qorumağa imkan verir. Müştərilərimizə və işçilərimizə sadiqik. Bu, hər zaman biznes etikamızın təməlini təşkil edib və etməyə də davam edir.

Etik Qaydalarımız