Research

Honours Academy Maliyyə sahəsi üzrə tədris keyfiyyətinin və səmərəliliyin artırılması məqsədilə Süni intellekt, Məlumat analizi, NLP və digər sahələrdə təqdiqat işləri həyata keçirir. Müxtəlif sahələr üzrə təqdiqat nəticələrinin tətbiqi Azərbaycanda yeni tədris inqilabına rəhbərlik etməyə imkan verəcək.

Araşdırma Məqsədimiz

Araşdırma Məqsədimiz

Honours Academy Maliyyə sahəsi üzrə tədris keyfiyyətinin və səmərəliliyin artırılması məqsədilə Süni intellekt, Məlumat analizi, NLP və digər sahələrdə təqdiqat işləri həyata keçirir. Müxtəlif sahələr üzrə təqdiqat nəticələrinin tətbiqi Azərbaycanda yeni tədris inqilabına rəhbərlik etməyə imkan verəcək.
Qatdığımız Dəyərlər

Qatdığımız Dəyərlər

Honours Academy maliyyə sahəsində ixtisaslaşdığı üçün bu sahədə apardığımız təqdiqat işləri üzrə ümumi maliyyə və bu sahəyə aid karyera, məlumat analizi kimi sahələrə öz töhfəmizi verərək dəyər qatırıq.
Araşdırma İstiqamətləri

Araşdırma İstiqamətləri

Hal-hazırda aparılan təqdiqat işləri müasir dövrün yeni-yeni adaptasiya olduğu və tətbiq etməyə çalışdığı bir neçə sahəni əhatə edir ki, bunlardan da ən əsasları: Süni İntellekt, Məlumat Analizi və NLP-dir

Data Analysis

İnformasiya erasında yaşadığımız üçün hər kəsə informasiyaların əldə olunmasından çox, onların analitikası maraqlıdır. Bu səbəbdən Data analitikası müasir dövrdə hər bir biznes üçün ən vacib biznes alətlərindəndir. Data analitikası mövcud məlumatları təsvir etmək, onun haqqında təsəvvür formalaşdırmaq, bu məlumatlara fokuslanmaq, onları diversifikasiya etmək və qiymətləndirmək üçün statistik və ya məntiqi üsulları sistemli şəkildə tətbiq etmək prosesidir. Bu prosesi hər hansı şirkət nəinki fəaliyyəti ərzində, həmçinin fəaliyyətə başlamadan öncə də diqqətdə saxlamalı və effektiv şəkildə tətbiq etməlidir.

Honours Academy maliyyə institutu olaraq fəaliyyətə başlamadan öncə də data analitikasına xüsusi diqqət ayırmışdır.

Dataların düzgün analizləri nəticəsində təhsil sektorunda insanların ehtiyacları, qarşılaşdıqları problemlər, görmək istədikləri yeniliklər və s. müəyyənləşdirilməklə həllər formalaşdırmış, fəaliyyətini bu əsaslarda qurmuşdur. Data analizi nəticəsində aparılan araşdırmalarımız nəticəsində fəaliyyətimizə tətbiq olunan həllərdən bir neçəsini aşağıda qeyd edəcəyik.

İxtisaslaşma - Mütəxəssislərimiz tərəfindən aparılmış data analizləri nəticəsində müəyyən olunmuşdur ki, təlimlərlə maraqlananların böyük əksəriyyəti eyni zamanda bir çox istiqamətlər üzrə təlimlər təşkil edən mərkəzlərin yüksək keyfiyyətlə xidmət göstərəcəyinə daha az inanırlar. Bu məlumatın analizi (təhlili) nəticəsində çoxşaxəli fəaliyyət göstərən müəssisələrdə düzgün kommunikasiya, yüksək keyfiyyət, peşəkar səviyyədə xidmətin davamlı təmin olunması müvafiq kontingentin tələblərini qarşılaya bilmir. Bu tələbin qarşılanması qısamüddətli prizmada effekt versə də, uzunmüddətli prizmada, qlobal səviyyədə və peşəkar fəaliyyət üçün effektivliyi aşağı səviyyəyə düşür.

Ölkəmizdə fəaliyyət göstərən 15-dən çox aparıcı şirkətlərin İnsan Resursları departamenti ilə aparılmış araşdırmaya görə, əgər siz Azərbaycan dilində əldə etdiyiniz "ACCA sertifikatı" ilə hər hansısa işəgötürən şirkətə müraciət etsəniz həmin şirkətlərdə sizə qarşı aşağıdakı fikirlər yaranmış olur:

1. Siz ingilis dilində bilmirsiniz.
2. Çətinlikdən qorxursunuz və cəsarətiniz yoxdur.
3. Düzgün qərar vermə qabiliyyətinə sahib deyilsiniz.
4. Öyrənməyə və inkişaf etməyə meyilli deyilsiniz.
5. Əzmkar və iradəli deyilsiniz.
6. Hədəf təyin etmə və seçim etmə bacarıqlarına malik deyilsiniz.
7. Aza qane olansınız və nə istədiyinizi bilmirsiniz və s.

Ümumiləşdirərək qeyd etmək istərdik ki, “Honours Academy - Institute of Finance” olaraq biz sosial dəyərləri, insanlara gələcək bəxş etməyi, işsiz şəxslərin işlə təmin edilməsi məsələlərində onlara diqqət və qayğı göstərməyi hər zaman maddiyyatdan üstün tutduğumuzdan bəyan etmək istərdik ki, “Honours Academy”-də heç zaman Azərbaycan dilində ACCA təlimləri tədris edilməyəcəkdir!
Texnologiyanın inkişafı nəticəsində globallaşan və inteqrasiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə bir çox şirkətlər ingilis dilinin vacib olduğunu anlayaraq, ingilis dilini bilən işçilərin işə götürülməsinə üstünlük verir. Bundan əlavə həmin şirkətlər öz əməkdaşlarının işdə tədbiq etdikləri sahələr üzrə həmin əməkdaşların inkişafı üçün onlara maddi resurs ayırır ki, bu inkişaf yolu da yenə də ingilis dilini bilməkdən keçəcəkdir. Buna görə də, gec olmadan ingilis dilini öyrənməli və yuxarıda qeyd edilən səhvləri etmədən daha məntiqli addımlar atmalıdır.

Bu istiqamətdə aparılan data analizinin əsasında formalaşan həll Honours Academy-nin yalnız maliyyə sahəsi üzrə ixtisaslaşmasına səbəb olmuşdur. Məhz bu ixtisaslaşmanın nəticəsidir ki, akademiya fəaliyyəti ərzində heç bir halda digər istiqamətlər üzrə fəaliyyət göstərmir.

Azərbaycan dilində ACCA - Dataların analizi üzrə araşdırmamızın nəticəsində müəyyən olunmuşdur ki, bir çox tələbələr ACCA təlimləri seçərkən yalnış seçimlər edirlər. Məlumdur ki, ACCA imtahanları yalnız ingilis dilində təşkil olunur. Datalar göstərir ki, seç üstünlüyü Azərbaycan dilində olan təlimlərə verirlər.

Araşdırmamıza görə bu seçim yanlışdır və nəticə etibarilə həmin tələbələr rəsmi ACCA sertifikatı əldə edə bilmirlər, əvəzində Azərbaycan dilində "Beynəlxalq Mühasibat Uçotu Standartları" üzrə əksər hallarda işəgötürənlər tərəfindən əsas götürülməyən milli sertifikat əldə edirlər, nəticədə həm maddi, həm də zaman baxımından ciddi mənada itkiyə və zərərə məruz qalırlar. Lakin, araşdırmamız göstərir ki, Azərbaycan dilində əldə edilmiş "ACCA sertifikatları"nın yuxarıda qeyd edilən səbəbdən daha ağrılı və çox daha zərərli nəticələri vardır.

NLP

 

Neuro-linguistic programming (NLP) uğurlu kommunikasiya, fərdi inkişaf və insan psixologiyasının tanınması üçün insan beyninin duyğularının idarə olunması qaydalarıdır.

Hazırda dünyanın ən tanınmış şirkətləri, diplomatik dövlət təmsilçiləri iş prosesində NLP-dən aktiv şəkildə istifadə edirlər.
Araşdırmalar göstərir ki, doğru və sərbəst qərarlar verə bilmək üçün düşüncə, duyğu və davranışların düzgün idarə olunması çox vacibdir. NLP elmi məhz bu idarəetmənin effektivliyini təmin etməyə xidmət edir. Bu səbəbdən Honours Academy tələbələrinin inkişafı üçün, onların doğru qərarlar verə bilməsi və uğur qazanması üçün NLP metodlarından geniş istifadə edir.

Təlimçilərin tədris prosesində və tələbələrlə kommunikasiyada olduqları digər zamanlarda davranışlarının, yanaşma tərzlərinin, ünsiyyət formalarının NLP metodlarına uyğunlaşdırılması bu istiqamətdə ən prioritet məsələlərdəndir.

Təlimçinin tələbələrlə ünsiyyət zamanı fikirlərini ifadə etmə forması, seçdiyi sözlər, bədən dili, emosiyaları tələbələrin uğur əzmini, hədəflərini, yekun imtahan nəticəsini, gələcək karyerasını və s. müvafiq formada artıra və ya azalda bilər. Bu təsirlərin hər zaman tələbələrimizə faydalı olması üçün bu istiqamətdə davamlı araşdırmalar aparılır və tədris prosesində tətbiq olunur.

NLP medotları həmçinin tədris proqramlarının tərtib olunması zamanı da tətbiq olunur. Tədirs proqramı hansı mövzu ilə başlamağın, proqramı hansı mövzu ilə bitirməyin, ümumiyyətlə mövzuların ardıcıllığının tələbələrin motivasiyasına və disiplininə necə təsir etdiyi diqqətlə araşdırılaraq NLP metodları əsasında tərtib olunmalıdır.

Maliyyə İnstitutu olaraq Honours Academy fəaliyyəti zamanı bu və digər məsələlərdə birmənalı olaraq NLP metodlarını tətbiq etməklə tələbələrinin uğurlu gələcəyinin qurulmasında faydalı olmağı hədəfləyir.

Təlimlərimizə
qoşulmaq

istəyirsən?