Financial Reporting (F7) nədir və kimlər üçündür
Əvvəllər beynəlxalq maliyyə dünyasında F7 kimi tanınan bu kvalifikasiya hal- hazırda bütün dünyada FR (Financial Reporting) kimi adlandırılır. ACCA -in daxilindəki proqramlardan biri olan "FR" maliyyə hesabatları və onlar üzərindəki düzəlişlərin edilməsi haqqında məlumat sahibi olmaq istəyən və bu sahədə peşəkar karyera hədəfləməsi edən mühasiblər, maliyyə mütəxəssisləri və bu sahə ilə əlaqəli insanlar üçün hazırlanmış moduldur. Bu modul əsasən maliyyə hesabatları standartlarına, maliyyə hesabatlarının hazırlanmasına, maliyyə risklərinin təhlilinə və şərhinə yönəlmişdir.
Financial Reporting (F7 kursları) kurslarının müddəti
Financial Reporting (F7) kursları - Honours Academiyada keçirilən FR kursları 3 aylıq müddəti əhatə edir və maliyyə, mühasibatlıq və buna bənzər sahələrdə beynəlxalq səviyyəli sertifikat almaq və bilik və təcrübələrini artırmaq istəyənlər üçün çox yaxşı moduldur. ACCA - in bütün maliyyə dünyasındakı önəmi hamımıza məlumdur.FR imatahanından məqbul nəticə qazanan hər kəs bu qurumun verdiyi və bütün dünyada nüfuzlu hesab edilən kvalifikasiyada sertifikat sahibi olmuş olur.
ACCA Financial Reporting (F7 ) təliminin önəmi
ACCA Financial Reporting (F7 təlimi) təlimi maliyyə və mühasibatlıq sahəsində karyera quranlar üçün əhəmiyyətli təlim hesab edilir. Həm yerli həm də beynəlxalq şirkətlərdə bu sahədə mütəxəssislərdən bu sertifikat xüsusi ilə tələb olunur. Yəni, rəqabətli əmək bazarında digər kadrlardan müsbət mənada fərqlənmək və öndə olmaq üçün Financial Reporting modulunu tamamlamaq və sertifikat qazanmaq çox əhəmiyyətlidir. 7 ildən çox bu sahədə olan təcrübə ilə Honours Academy komandası və təlimçiləri sizin modulu daha asan və tez öyrənərək imtahana daxil olmanıza hərtərəfli kömək edəcək. FR təliminin strukturu və təlimçilər haqqında detallı məlumat almaq üçün linkə keçid edə bilərsiniz.
Financial reporting (F7) imtahan qiyməti
Financial reporting imtahan qiyməti (F7 imtahan qiyməti) - Bu qiymət ACCA - in qiymət strategiyasına görə hesablanır.Cari qiymətlər və qeydiyyat ödənişi barədə ətraflı məlumat almaq üçün bizimlə əlaqə hissəsinə yaxud imtahan mərkəzi hissəsinə keçid edərək ətraflı məlumat ala bilərsiniz. ACCA - in rəsmi qiymətləri ilə bağlı məlumat almaq üçün ACCA - in saytına keçid edə bilərsiniz