Bloq

ACCA imtahanlarına hazırlaşmaq üçün texnikalar

İmtahanlar bəzən tələbələr üçün çox stresli ola bilirlər. İmtahan stresinə qalib gəlməyin əsas yolu isə, imtahana ən yaxşı şəkildə hazırlaşmaq, imtahana qədər öz biliklərinizə əmin olmaqdır. Bu gün də ACCA imtahanlarına hazırlaşmaq üçün bəzi faydaları texnikaları sizinlə bölüşəcəyik.

Başqa birinə öyrədin (Ya da sadəcə elə davranın)
Əgər dərslərinizi başqasına öyrətdiyinizi xəyal etsəniz, onda öyrənmənizi sürətləndirə və oxuduqlarınızı daha çox yadda saxlaya bilərsiniz. Bu daha çox sizin düşüncə tərzini dəyişərək daha effektiv şəkildə öyrənməyinizə şərait yaradır. Müəllimlər həmişə dərslərdəki əsas məqamları araşdırır və materialları səliqəli bir strukturda təşkil edirlər.

Qısa müddətdə oxuyun (30-50 dəqiqə)
30 dəqiqədən daha az oxumaq kifayət deyil, lakin 50 dəqiqədən çox oxumaq da beyninizə bir dəfəyə qəbul edə biləcəyindən daha çox məlumat yükləyir. Ona görə də, müəyyən müddət oxuduqdan sonra 5-10 dəqiqəlik fasilə verin. Bu sizə kömək olacaq.

Qeydləri dəftərinizə yazın
Heç vaxt noutbukda qeydlər aparmayın. Prinston Universitetinin və UCLA-nın tədqiqatçıları müəyyən ediblər ki, tələbələr əl ilə qeydlər aparanda dərsi daha fəal dinləyir və vacib anlayışları müəyyən edə bilirlər. Həmçinin, noutbukda qeydlər apararkən diqqətinizin yayınmasına səbəb olacaq həddindən artıq çox şeylə rastlaşacaqsınız.

Zaman aralıqlarından istifadə edin
Təsəvvür edin ki, həyətinizdə otlar var və onları sulamaq üçün 2 seçiminiz var:
1. Həftədə bir dəfə yarım saat sulamaq
2. Həftədə üç dəfə 10 dəqiqə sulamaq
İlk seçim sizə daha məntiqli gələ bilər, bir dəfə tam sulacayaqsınız və işiniz bitəcək. Amma həyətiniz 2-ci seçimdəki kimi yaşıl qalacaqmı?
Həftə ərzində suvarma aralığının bölünməsi həyətinizi zamanla daha yaşıl saxlayacaq - və eyni şey sizin ACCA bilikləriniz üçün də keçərlidir. Biliklərinizi daha yaxşı yadda saxlamaq üçün ilk dəfə öyrəndikdən bir-iki gün sonra məlumatları yenidən nəzərdən keçirmək daha yaxşıdır. Əslində məlumatı daha uzun fasilələrlə, məsələn bir neçə gün və ya bir həftə sonra təkrarlamaq, beyinə həmin məlumatı saxlamağın önəmli olduğu ilə bağlı güclü siqnal göndərir.

Dərslərin arasında yatın
Öyrəndiklərinizi yadda saxlamaq üçün fasilə vermək önəmlidir və bu fasilələrdə yatmaq sizin yaddaşınızı möhkəmləndirməyə kömək edəcək. Araşdırmalar göstərir ki, dərsinizi öyrəndikdən sonra yatmaq olduqca yaxşı strategiyadır, hətta iki dərsin arasında yatmaq sizə əlavə olaraq güc verəcək.

Sınaq imtahanlarından istifadə edin
Sınaqlar sizə öz bilik səviyyənizi qiymətləndirməyk və zəif olduğunuz mövzuları öyrənmək şansı yaradır. Həmçinin, imtahan vərdişlərinin formalaşması özünüzə inamın yaranmasına və əsas imtahana psixoloji olaraq hazır olmağınıza səbəb olacaq.

Dəyişikliklər edin
Hər dəfə bir az fərqli sualı işləsəniz, daha çox və daha sürətli öyrənmə imkanınız olacaq. Davamlı olaraq eyni mövzuya aid suallar üzərində çalışmaq yerinə hər dəfə fərqli mövzunun suallarını işləməyə çalışın, bu sizə çox kömək olacaq.

Beləliklə, imtahanda yüksək nəticə göstərmək tamamilə sizdən asılıdır. Yaxşı hazırlaşmaq, düzgün motivasiyaya sahib olmaq sizi uğura doğru gedən yola aparacaqlar. Ümid edirik ki, siz də bu yolu tapmağı bacaracaqsınız. Uğurlar!

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button