Son zamanlarda demək olar hər kəsin kriptovalyutalar və ya Bitcoin haqqında danışdığını müşahidə edə bilərsiniz.
ƏtraflıBir ölkənin təhsil sistemi onun iqtisadi göstəriciləri ilə necə əlaqəlidir?
Ətraflıİmtahanlardan öncə həyəcanlı olmaq tamamilə normaldır, lakin idarə edə bilməsəniz, həyəcanınız imtahanda uğursuz olmağınıza səbəb ola bilər.
Ətraflı
ACCA sertifikatlarına sahib olmaq maliyyə sahəsində uğurlu karyera düşünənlər üçün atılmalı olan ilk addımlardan biridir. Məhz bu səbəbdən ACCA imtahanlarına düzgün və effektiv formada hazırlaşmağınız çox önəmlidir. Biz də imtahanlardan maksimum nəticə əldə edə bilməyiniz üçün öz təcrübələrimizə əsaslanaraq hazırladığımız bu tövsiyələri sizinlə bölüşürük.
Doğru mənbələrdən istifadə etdiyinizə əmin olun.
Ən çox tövsiyə olunan kitabları tapın və materialların davamlı yeniləndiyindən əmin olun. Honours Academy tələbələri bu mövzuda rahat ola bilər. Akademiyamız bütün təlimlərdə tələbələrini ən son və bütün mövzuları tam əhatə edən tədris materialları ilə təmin edir.
Az amma tez-tez oxuyun.
Bu üsulun öyrənmə şansınızı daha da artırdığı elmi cəhətdən təsdiq edilib. Özünüzə uyğun dərs planı qurub, dərsləri mərhələli şəkildə öyrənmək sizə oxuduqlarınızı daha yaxşı mənimsəməkdə kömək olacaq.
Öyrəndiklərinizi təkrar edin.
Təkrarlar üçün vaxt ayırın. Bu, biliklərinizi zehninizin Passiv bölməsindən Aktiv hissəsinə köçürməyə kömək edəcək. Hər həftənin sonunda indiyə qədər öyrəndiklərinizi təkrarlamaq ən sonda işinizi daha rahat edəcək.
Suallar ilə bağlı imtahan verənlərin rəylərini oxuyun.
Əvvəlki imtahanlarda iştirak edən tələbələrin hesabatlarını oxumağın faydasını öz imtahan təcrübənizdə hiss edəcəksiniz.
Ən yaxşı təlimçini tapdığınızdan əmin olun.
Ən çox tövsiyə olunan təlimçiləri tapın və təlimdə iştirak etmiş şəxslərin rəylərini öyrənin. Honours Academy ölkənin ən aparıcı təlimçiləri ilə əməkdaşlıq edərək tələbələrinə sahəni liderlərindən öyrənmə şəraiti yaradır.