ACCA imtahanlarına onlayn hazırlaşmaq
Pandemiyanın təsirləri ilə bizim üçün artıq normala çevrilən şeylərdən biri də onlayn dərslərdir. Hər nə qədər bəzi tələbələr üçün əyni təhsil əvəzedilməz olsa da, onlayn təhsilin öz üstünlükləri var. Xüsusilə, ACCA imtahanlarına hazırlaşan tələbələr bu imkanlardan istifadə edə bilər. Bu yazıda ACCA imtahanlarına onlayn formada hazırlaşan tələbələr üçün bəzi məsləhətlər tapa bilərsiniz.
Dərsləri vaxtınıza uyğun bölüşdürün
Öyrənmək üçün ən əsas məsələlərdən biri dərs planını düzgün bölüşdürməkdir. Bəzən tələbələr çox məşğul olduqlarından
verilən cədvəlin vaxtlarını özlərininki ilə uyğunlaşa bilmədirlər. Onlayn dərslərdə isə dərslərdə iştirak etmək asanlaşdığı üçün davamiyyət problemləri də az olur. Həmçinin, tələbələr dərsdə iştirak edə bilməsələr belə, dərsin təkrar videosunu daha sonradan izləyərək, geri qalmamaq imkanına sahib olurlar.
Daha çox sınaq imtahanı işləyin
İnternet vasitəsi ilə istədiyiniz qədər sınaq imtahanı tapa bilərsiniz. Həmçinin, özünüzə inamı artırmaq və performansınızı dəyərləndirmək üçün də çoxlu onlayn hazırlıq platformaları var. Bu platformalar kompüter əsaslı imtahanlara əvvəlcədən hazır olmağınıza kömək edəcək.
Daha çox resurs
Onlayn təhsilin bəlkə də ən əhəmiyyətli faydası onun təklif etdiyi müxtəliflikdir. Həddən artıq çox resursun olması tələbələrə dərsləri bir neçə mənbədən öyrənmələrinə, mövzuları daha yaxşı başa düşmələrinə imkan yaradır. Alternativ resurslardan istifadə etmək həm də monotonluq hissini də aradan qaldırır. Həmçinin, tələbələr elektron poçt vasitəsi ilə də müəllimlərə əlaqə saxlaya, öz suallarını verə bilərlər.
İstər əyani, istərsə də onlayn olsun, uğur qazanmaq üçün hər zaman çox çalışmaq lazımdır. Sizə verilən imkanlardan düzgün istifadə etmək sizin üçün uğuru daha əlçatan edəcək. Uğurlar!