Bloq

ACCA kvalifikasiyası ilə iş tapmaq

Müasir dövrdə ixtisaslı və müvafiq ACCA sertifikatlarına malik maliyyə mütəxəssislərinə tələbat artmağa davam edir. Bu səbəbdən, getdikcə daha çox insan öz karyera imkanlarını genişləndirmək üçün ACCA-i seçir. ACCA sertifikatlarının istədiyiniz işi əldə etmək şansını artıra biləcəyi ən yaxşı yollardan bəzilərini bu yazıda sizə təqdim edirik.

Tələb olunan bacarıqların öyrənilməsi


İşəgötürənlərin əsas qayğısı vakant vəzifəni doldurmaq üçün yüksək ixtisaslı və sertifikatlı maliyyə mütəxəssisini işə götürməkdir. Müvafiq ACCA sertifikatlarına sahib olmaq müstəsna bacarıqlarınızı nümayiş etdirməklə sizə rəqabətdə fərqlənməyə kömək edəcək.

Nəzərə alın ki, işəgötürənlər sadəcə sertifikat və ya dərəcə axtarmırlar; həm yumşaq, həm də texniki bacarıqlara güclü hakim olan maliyyə və mühasibat mütəxəssislərini işə götürmək istəyirlər. Effektiv ünsiyyət, qərar qəbul etmə və işgüzarlıq yüksək tələbat olan ən vacib bacarıqlardan bəziləridir və ACCA dərsləri bu bacarıqları əldə etməyə kömək edir.

Peşəkarlarla şəbəkə qurmaq


Dünyanın ən böyük və sürətlə inkişaf edən mühasibatlıq qurumunun bir hissəsi olmağın üstünlüklərindən biri çoxlu oxşar ekspertlərlə əlaqə saxlamaq imkanına malik olmaqdır. Həqiqətən, hətta siz ACCA icmasının bir hissəsi olmamışdan əvvəl də dünyanın hər yerindən təcrübəli maliyyə mütəxəssisləri və iş adamları ilə görüşə biləcəyiniz çoxsaylı tədbirlər var ki, bu da sizə şəbəkə qurmaq imkanlarını verir.

Dəyişən tendensiyalara ayaq uydurmaq


Mühasibat uçotu və maliyyə davamlı inkişaf edən sahələrdir; siz də bu davamlı yenilənən tendensiyalara hakim olmalısınız. ACCA sizə bu mövzuda kömək olsa da, siz özünüz də trendləri izləməli, son çıxan xəbərləri, proqramları araşdıraraq öyrənməyə davam etməlisiniz.

İşəgötürənlərin əsas hədəfinə çevrilmək


İş dünyasında şirkətlər onlara lazım olan bütün vakansiyaları açıqlamırlar. Siz özünüz iş axtara və ya şəbəkənizdə sizin üçün iş təklif edə biləcək insanlarla əlaqə saxlaya bilərsiniz. Əgər gördüyünüz işdə tələb olunan bacarıq və təcrübəyə sahibsinizsə, o zaman menecerlərim sizin üçün bir vəzifə yaratma ehtimalı yüksəkdir, çünki heç kim faydalı resursu əldən vermək istəməz. İşəgötürənlər adətən mühasibat və maliyyə şöbələri üçün ACCA sertifikatlarına malik olanları axtarırlar.

Hər halda, bu şəxslərə onlar üçün işləmək arzusunda olduğunuzu söyləmək və təşkilatda vakant yer olmasa belə CV göndərmək atmaq yaxşı fikirdir. Əgər CV-niz yaxşı hazırlanıbsa və nailiyyətləriniz önəmlidirsə, onlar daha sonra sizə müraciət edə bilərlər.

Karyera perspektivlərinin genişləndirilməsi


ACCA sertifikatları ilə istədiyiniz işi əldə etmək və uğurlu karyera qurmaq şansınız kifayət qədər yüksəkdir. ACCA sertifikatına sahib olmaq sizə bizneslərdə liderlik rolları üzərində işləmək, hətta biznes qurmaq üçün güclü zəmin yaratmağa kömək edə bilər. Maliyyə və mühasibat şöbələri istənilən təşkilatın onurğa sütununu təşkil etdiyindən, istədiyiniz sənayedə işləmək şansınız var.

Maliyyə sahəsi istədiyiniz sənayedə uğurlu karyera qurmaq üçün inanılmaz şanslarla doludur. İstədiyiniz işi əldə etmək üçün yuxarıda qeyd olunan məsləhətləri nəzərdən keçirin və çalışmağa davam edin.

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button