ACCA mövzularını necə təkrar etmək lazımdır?
Əgər artıq ACCA imtahanı üçün tarixi təyin edib, sifarişinizi vermisinizsə, indi dərsləri yenidən təkrarlamaq vaxtıdır. Bu yazıda sizə daha effektiv təkrar üçün bəzi tövsiyələr verəcəyik.
Plan qurun.
Hər şeydə olduğu kimi təkrarlamaqda da ən vacib şeylərdən biri plan qurmaqdır. Başlamaq üçün ən yaxşı yol, hər gün təkrar etmək istədiyiniz mövzuların təxmini planı ilə həftəlik cədvəl yaratmaqdır. Planladığınız gün çatdıqda isə, hər bir mövzuya nə qədər vaxt sərf edəcəyinizi, nə qədər fasilə verəcəyiniz kimi detalları da daxil etməklə daha ətraflı bir plan yaratmaq sizə faydalı ola bilər.
Realist olun
Planlaşdırmaq vacib olsa da, mövzuları yenidən nəzərdən keçirərkən realist olmaq da vacibdir. Çətin ki, bir gündə bütün məzmunu təkrar edə və ya fasiləsiz 5 saat ərzində dərs oxuya biləsiniz. Həmin gün nəyi yenidən oxuyacağınıza qərar verərkən özünüzə qeyri-real iş yükü verməyin. Bunu etsəniz, bu, nəinki sizi yoracaq, həm də istədiyinizə nail olmamağınız sizin motivasiyanızı aşağı salacaq.
Qeydlərinizi səliqəyə salın
Otağın hər tərəfinə dağılmış boş kağız parçalarına qeydlərinizi yazmaq, qeydlərinizə yenidən baxmaq istədiyiniz zaman faydalı olmayacaq. Bunun əvəzinə qeydlərinizi səliqəyə salın və onları müfaviq mövzulara uyğun olaraq yerləşdirin.
Fasilələrlə oxuyun
Təkrar edərkən vaxtı-vaxtından fasilələr verdiyinizə əmin olun, əks halda yorulacaqsınız və dayanmaq istəyəcəksiniz. Bu isə diqqətinizi cəmləyə bilməməyinizə və oxuduqlarınızı unutmağınıza səbəb olacaq. Ən azı hər 1 saatda 15 dəqiqə fasilə etməyə çalışın.
Motivasiyanızı yüksək tutun
İmtahanda sizə ən çox kömək olacaq şeylərdən biri də məhz motivasiyadır. Motivasiyanızı qaldırmaq üçün beyninizdə pozitiv düşüncələrə yola verməlisiniz. Bununla bağlı isə uyğun videolar izləyə və ya yazılar oxuya bilərsiniz.
Hazırlıq sualları
Nəhayət, bacardığınız qədər çox hazırlıq sualı üzərində işləyin. Bu suallar sayəsində zəif olduğunuz mövzuları müəyyən edə və bu mövzuları nəzərdən keçirə bilərsiniz.
Hər birinizə uğurlar!