ACCA nədir?
ACCA imtahanının əhəmiyyəti
ACCA nədir - ACCA (Association of Chartered Certified Accountants) dünya miqyasında tanınmış peşəkar mühasib və maliyyəçilər assosiasiyasıdır. ACCA maliyyə menecmenti, mühasibat uçotu, audit, vergi, menecment və digər biznes subyektləri üzrə təlim və sertifikatlaşdırma təmin edən beynəlxalq qurumdur.Qısa şəkildə ACCA nədir sualına cavab tapdıq.Gəlin indi bu imtahanların və setifikatın önəminə nəzər salaq.ACCA imtahanları və ACCA sertifikatı – mühasibat və maliyyə sahəsində karyera imkanlarını hədəf qoyan şəxslər üçün faydalıdır. Əgər sizdə bu sahələrdə peşəkar mütəxəssis kimi yetişmək yerli və xarici şirkətlərin aparıcı mühasib və maliyyə mütəxəssisi olmaq istəyirsinizsə bu imtahanlardan uğurla keçməyiniz tövsiyyə olunur.
ACCA haqqında
ACCA - 536.000 tələbə və 233.000 üzvü özündə birləşdirən, müəyyən etdiyi beynəlxalq mühasibat uçotu standartları dünyanın 180 ölkəsində tətbiq olunan, peşəkar maliyyəçilərin, mühasib və auditorların yetişdirilməsi üçün kvalifikasiyalar tərtib edən beynəlxalq assosiasiyadır. 1904-cü ildə qurulmuş və qurulduğundan bəri bu peşəyə rəhbərlik edən bu beynəlxalq assosiasiya sayəsində yüz minlərlə insan mühasibatlıq sahəsində sertifikatlı karyeraya sahibdir.
Müasir dövrdə ACCA sertifikatlarına sahibinə olmaq karyeranızı istənilən istiqamətə yönəltmək və qlobal səviyyədə maliyyə mütəxəssislərindən biri olmaq üçün böyük önəm daşıyır. Bəs ACCA sertifikatları niyə bu qədər önəmlidir? Bu yazımızda sizə bunu izah etməyə çalışacağıq.
Qlobal səviyyədə tanınması
Dünyanın hər bir yerində şirkətlər özlərinə maliyyə və ya mühasibat sahəsində işçi axtararkən ACCA sertifikatlardan olmasını ən əsas tələblərdən biri kimi görür. ACCA sertifikatına sahib olmaq sizə dünyanın 180-dən çox ölkəsində işləyərək qlobal səviyyədə prestij qazanmaq və karyeranız üçün əvəzsiz önəmə sahib addımları atmaq imkanı verəcək.
Peşəkar statusa sahib olması
ACCA üzvləri bütün dünyada işəgötürənlər və biznes tərəfdaşları tərəfindən hörmətlə qarşılanır. Onlar ACCA sertifikatına sahib olan insanların peşəkarlığını və bacarıqlarını başa düşürlər. Bu səbəbdən işçi axtarılarkən ACCA sertifikatlarına tələbat çox yüksək olur.
Daha yüksək maaş qazanma imkanı
ACCA sertifikatlarına sahib insanlar öz sahələrinin liderləri hesab edildiyindən şirkətlər onları əllərində saxlamaq üçün öz xərclərini artırmağa razı olurlar. Bu sizə həm rəqabətdə üstün olmağınıza, həm də istədiyiniz məbləğ qarşılığında rahat iş tapa bilməyinizə şərait yaradır.
Çoxşaxəli karyera imkanı
ACCA maliyyə sahəsinin kiçik bir hissəsini yox, olduqca geniş sahəsini əhatə edir. Bu səbəbdən müvafiq ACCA sertifikatları alaraq öz istədiyiniz sahədə karyeranıza irəliləyə biləcəksiniz. ACCA sizi hərtərəfli biliklərlə təmin etdiyindən karyeranızın gələcək hissəsində də öz istiqamətinizi olduqca rahat şəkildə dəyişmək imkanınız olacaq.
Davamlı inkişaf etməsi
ACCA üzvlərindən həyatları boyu peşəkar inkişaflarını davam etdirmələri tələb olunur. Bu da ACCA üzvlərinin bilik və bacarıqlarının köhnəlməməsini təmin edir. İnnovativ və davamlı inkişaf edən qlobal bir təşkilatın üzvü olmaq sizə gələcəkdə də tələbatın yüksək olacağının əsas təminatçısıdır.
Beləliklə, müasir dövrdə mühasibat və ya maliyyə sahəsində irəliyə getmək, bu peşə üzrə ixtisaslı kadra çevrilmək istəyənlər üçün ACCA assosiasiyasının və sertifikatlarının nə qədər önəmli rol oynadığını artıq bilirsiniz.