Bloq

ACCA nədir?

ACCA imtahanının əhəmiyyəti

 

ACCA nədir - ACCA (Association of Chartered Certified Accountants) dünya miqyasında tanınmış peşəkar mühasib və maliyyəçilər assosiasiyasıdır. ACCA maliyyə menecmenti, mühasibat uçotu, audit, vergi, menecment və digər biznes subyektləri üzrə təlim və sertifikatlaşdırma təmin edən beynəlxalq qurumdur.Qısa şəkildə ACCA nədir sualına cavab tapdıq.Gəlin indi bu imtahanların və setifikatın önəminə nəzər salaq.ACCA imtahanları ACCA sertifikatı – mühasibat və maliyyə sahəsində karyera imkanlarını hədəf qoyan şəxslər üçün faydalıdır. Əgər sizdə bu sahələrdə peşəkar mütəxəssis kimi yetişmək yerli və xarici şirkətlərin aparıcı mühasib və maliyyə mütəxəssisi olmaq istəyirsinizsə bu imtahanlardan uğurla keçməyiniz tövsiyyə olunur.

ACCA haqqında

 

ACCA - 536.000 tələbə və 233.000 üzvü özündə birləşdirən, müəyyən etdiyi beynəlxalq mühasibat uçotu standartları dünyanın 180 ölkəsində tətbiq olunan, peşəkar maliyyəçilərin, mühasib və auditorların yetişdirilməsi üçün kvalifikasiyalar tərtib edən beynəlxalq assosiasiyadır. 1904-cü ildə qurulmuş və qurulduğundan bəri bu peşəyə rəhbərlik edən bu beynəlxalq assosiasiya sayəsində yüz minlərlə insan mühasibatlıq sahəsində sertifikatlı karyeraya sahibdir.

Müasir dövrdə ACCA sertifikatlarına sahibinə olmaq karyeranızı istənilən istiqamətə yönəltmək və qlobal səviyyədə maliyyə mütəxəssislərindən biri olmaq üçün böyük önəm daşıyır. Bəs ACCA sertifikatları niyə bu qədər önəmlidir? Bu yazımızda sizə bunu izah etməyə çalışacağıq.

Qlobal səviyyədə tanınması

 

Dünyanın hər bir yerində şirkətlər özlərinə maliyyə və ya mühasibat sahəsində işçi axtararkən ACCA sertifikatlardan olmasını ən əsas tələblərdən biri kimi görür. ACCA sertifikatına sahib olmaq sizə dünyanın 180-dən çox ölkəsində işləyərək qlobal səviyyədə prestij qazanmaq və karyeranız üçün əvəzsiz önəmə sahib addımları atmaq imkanı verəcək.

Peşəkar statusa sahib olması

 

ACCA üzvləri bütün dünyada işəgötürənlər və biznes tərəfdaşları tərəfindən hörmətlə qarşılanır. Onlar ACCA sertifikatına sahib olan insanların peşəkarlığını və bacarıqlarını başa düşürlər. Bu səbəbdən işçi axtarılarkən ACCA sertifikatlarına tələbat çox yüksək olur.

Daha yüksək maaş qazanma imkanı

 

ACCA sertifikatlarına sahib insanlar öz sahələrinin liderləri hesab edildiyindən şirkətlər onları əllərində saxlamaq üçün öz xərclərini artırmağa razı olurlar. Bu sizə həm rəqabətdə üstün olmağınıza, həm də istədiyiniz məbləğ qarşılığında rahat iş tapa bilməyinizə şərait yaradır.

Çoxşaxəli karyera imkanı

 

ACCA maliyyə sahəsinin kiçik bir hissəsini yox, olduqca geniş sahəsini əhatə edir. Bu səbəbdən müvafiq ACCA sertifikatları alaraq öz istədiyiniz sahədə karyeranıza irəliləyə biləcəksiniz. ACCA sizi hərtərəfli biliklərlə təmin etdiyindən karyeranızın gələcək hissəsində də öz istiqamətinizi olduqca rahat şəkildə dəyişmək imkanınız olacaq.

Davamlı inkişaf etməsi

 

ACCA üzvlərindən həyatları boyu peşəkar inkişaflarını davam etdirmələri tələb olunur. Bu da ACCA üzvlərinin bilik və bacarıqlarının köhnəlməməsini təmin edir. İnnovativ və davamlı inkişaf edən qlobal bir təşkilatın üzvü olmaq sizə gələcəkdə də tələbatın yüksək olacağının əsas təminatçısıdır.

Beləliklə, müasir dövrdə mühasibat və ya maliyyə sahəsində irəliyə getmək, bu peşə üzrə ixtisaslı kadra çevrilmək istəyənlər üçün ACCA assosiasiyasının və sertifikatlarının nə qədər önəmli rol oynadığını artıq bilirsiniz. 

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button