Bloq

Aktuari olmaq üçün nə etmək lazımdır?

Aktuarilər müasir dünyada ən çox pul qazanan peşə sahiblərindən biri hesab olunur. Bunun nəticəsidir ki, aktuari olmaq tez bir zamanda ediləcək bir şey deyil, olduqca böyük əmək tələb edir. Bu gün sizə aktuari olmaq üçün atılmalı olan addımlar haqqında məlumat verəcəyik.

Bakalavr dərəcəsi almaq


Əslində, tam ixtisaslı aktuari olmaq üçün bakalavr dərəcəsinə sahib olmaq tələb olunmur. Lakin bu giriş səviyyəsində aktuar işi tapmaq üçün sizə lazım olacaq bir şeydir. İxtisasınız nə olduğu önəmli deyil, istənilən sahədən aktuariliyə yönəlmək mümkündür. Bunun belə, aktuarilik karyeranızda sizə kömək olacaq ixtisaslar axtarırsınızsa, statistika, iqtisadiyyat, maliyyə və riyaziyyat sizin üçün ən ideal seçimlər olacaq.

Aktuari imtahanlarını keçmək


Aktuari olmağın ən çətin və uzun hissəsi aktuar imtahanlarından keçməkdir. Ümumilikdı 10 imtahandan ibarıt olan bu sistem sizə riyaziyyat, statistika və maliyyə biliklərini öyrətmək üçün nəzərdə tutulmuşdur. Bütün bu imtahanları vermək üçün 7-10 il arası vaxta ehtiyac duyulur. Lakin, başlanğıc səviyyəsində bir aktuari işi üçün 1-3 imtahan kifayət hesab edilir. Bu sizə imtahanlara hazırlaşərkən bir yandan da təcrübə toplamaq şansı yaradacaq.

Konfranslara qoşulmaq


Aktuari olmamışdan qabaq iştirak etməli olduğunuz bir neçə konfrans olacaq. Bu konfranslarda peşəkarlıq, etika kimi mövzular haqqında məlumat alacaqsınız. Həmçinin, konfransda sizdən qısa təqdimat da tələb oluna bilər.

Davamlı Təhsil


Peşəkar aktuari olduqdan sonra sizdən yeni sənaye qaydaları və standartları ilə ayaqlaşmağınız tələb olunur. Bunun üçün hər il yenilənən məlumatları araşdırmalı, seminarlarda, konfranslarda iştirak etməlisiniz.

Aktuari nədir və kimdir?

 

Aktuarilər kimdir-Aktuarilər riyazi yöntəmlər və statistikaları istifadə edərək maliyyə risklərini dəyərləndirən mütəxəssislərdir.Sığorta şirkətləri,banklar,dövlət qurumları və digər aidiyyatı sahələr  bu mütəxəssislərin əsas fəaliyyət istiqamətləridir.Yuxarıda sadaladığımız məsələləri rəhbər tutaraq aktuarilər şirkətlərin  sığorta haqlarını,maliyyə məhsullarını yaxud pensiya planlarını müəyyən edə bilərlər.  Beləliklə biz aktuari kimdiraktuari nədir sualına cavab tapdıq. İndi isə gəlin aktuarilərin əsas iş prinsiplərinə baxaq.

Aktuarilərin iş prinsipləri nələrdir?

 

Aktuarilərin iş prinsipləri  nələrdir? – ölüm faizi,xəstəlik faizi,qəza ehtimalı kimi riskləri hesablamaq üçün həmin mütəxəssislər riyazi və statistik metodlardan istifadə edirlər. Aktuarilərin əsas iş prinsipləri - riyazi,statistik,iqtisadi və maliyyə sahəsində əsas prinsipləri rəhbər tutaraq maliyyə risklərini dəyərləndirmək və ölçməkdir

Əlaqəli məqalələr

Süni İntellektin Mühasibatlıq və Maliyyə Sahələrinə Təsiri: İnsan Faktorunun Əvəzolunmazlığı

Süni İntellektin Mühasibatlıq və Maliyyə Sahələrinə Təsiri: İnsan Faktorunun Əvəzolunmazlığı

Süni intellekt mühasibatlıq və maliyyə sahələrində avtomatlaşdırmanı və dəqiqliyi artırsa da, insan faktorunu tamamilə əvəz edə bilməz.

Ətraflı
Daxili Audit Nədir? Daxili audit olmaq üçün lazım olan sertifikatlar

Daxili Audit Nədir? Daxili audit olmaq üçün lazım olan sertifikatlar

Daxili audit bir şirkətin daxili maliyyə sistemlərini və proseslərini qərəzsiz şəkildə nəzərdən keçirən və qiymətləndirən mühüm bir prosesdir.

Ətraflı
Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button