Aktuari olmaq üçün nə etmək lazımdır?
Aktuarilər müasir dünyada ən çox pul qazanan peşə sahiblərindən biri hesab olunur. Bunun nəticəsidir ki, aktuari olmaq tez bir zamanda ediləcək bir şey deyil, olduqca böyük əmək tələb edir. Bu gün sizə aktuari olmaq üçün atılmalı olan addımlar haqqında məlumat verəcəyik.
Bakalavr dərəcəsi almaq
Əslində, tam ixtisaslı aktuari olmaq üçün bakalavr dərəcəsinə sahib olmaq tələb olunmur. Lakin bu giriş səviyyəsində aktuar işi tapmaq üçün sizə lazım olacaq bir şeydir. İxtisasınız nə olduğu önəmli deyil, istənilən sahədən aktuariliyə yönəlmək mümkündür. Bunun belə, aktuarilik karyeranızda sizə kömək olacaq ixtisaslar axtarırsınızsa, statistika, iqtisadiyyat, maliyyə və riyaziyyat sizin üçün ən ideal seçimlər olacaq.
Aktuari imtahanlarını keçmək
Aktuari olmağın ən çətin və uzun hissəsi aktuar imtahanlarından keçməkdir. Ümumilikdı 10 imtahandan ibarıt olan bu sistem sizə riyaziyyat, statistika və maliyyə biliklərini öyrətmək üçün nəzərdə tutulmuşdur. Bütün bu imtahanları vermək üçün 7-10 il arası vaxta ehtiyac duyulur. Lakin, başlanğıc səviyyəsində bir aktuari işi üçün 1-3 imtahan kifayət hesab edilir. Bu sizə imtahanlara hazırlaşərkən bir yandan da təcrübə toplamaq şansı yaradacaq.
Konfranslara qoşulmaq
Aktuari olmamışdan qabaq iştirak etməli olduğunuz bir neçə konfrans olacaq. Bu konfranslarda peşəkarlıq, etika kimi mövzular haqqında məlumat alacaqsınız. Həmçinin, konfransda sizdən qısa təqdimat da tələb oluna bilər.
Davamlı Təhsil
Peşəkar aktuari olduqdan sonra sizdən yeni sənaye qaydaları və standartları ilə ayaqlaşmağınız tələb olunur. Bunun üçün hər il yenilənən məlumatları araşdırmalı, seminarlarda, konfranslarda iştirak etməlisiniz.