Bloq

Aktuari olmaq üçün səbəblər

Aktuarilik müasir dövrün ən önəmli peşələrindən biri hesab olunur. Bu səbəbdən də, tam peşəkar aktuari olmaq üçün 7-10 il vaxt sərf etmək lazım olur. Əgər siz də bu ixtisasa yiyələnməyi düşünürsünüz, amma qərar verə bilmirsinizsə, bu postda sizinlə aktuari olmaq üçün lazım olan xüsusiyyətləri və səbəbləri bölüşəcəyik.
Sığorta anlayışları ilə maraqlanırsınız

Məlumdur ki, aktuarilərin əksəriyyəti sığorta şirkətlərində işləyir. Aktuari kimi çalışa biləcəyiniz bir çox başqa yer də var, lakin gördüyünüz iş böyük ehtimalla sığorta ilə bağlı olaq. Sığortanın arxasındakı anlayışlar və onun necə işlədiyi sizə maraqlı gəlirsə, bu sahə sizin üçün yaxşı seçim olacaq.

Problem həll etməyi sevirsiniz


Əgər zehni cəhətdən stimullaşdırıcı və gündəlik olaraq sizə meydan oxuyan bir karyera istəyirsinizsə, aktuari olmaq sizin üçün əla seçim ola bilər. Bu sahədə öz problem həll etmə bacarıqlarınızı "prosesin təkmilləşdirilməsi" və ya "keyfiyyəti azaltmadan xərcləri azaltmaq" kimi problemlərlə qarşılaşdıqda istifadə edə bilərsiniz.

Motivasiyalısınız və öz hədəflərinizə bağlısınız


Bu sahədə peşəkar sayılmağınız üçün keçməli olduğunuz 10 aktuar imtahanı var. Qeyd etdiyimiz kimi, buna nail olmaq üçün isə ən az 7-10 il vaxt lazımdır. Əgər hədəflərinizə güvənirsinizsə və bu məqsədlərə nail olmaq üçün nə qədər lazım olursa olsun, yüksək motivasiyaya sahibsinizsə, o zaman aktuari olaraq çox yüksək yerlərə çata biləcəksiniz.

Detallara önəm verirsiniz


Təfərrüat yönümlü olan insanlar daim qarşılarına çıxan yeni məlumatları götürür və vəziyyəti təhlil edirlər. Aktuarilər də məhz belə insanlardan təşkil olunub. Onlar öz işlərində daim analizlər etməyə, vəziyyəti ən dərin şəkildə öyrənərək çıxış yolu tapmağa çalışırlar.

Peşəkar və yüksək maaşlı karyera istəyirsiniz


Aktuarilik hal-hazırda dünyada ən çox qazanan peşələrdən biri hesab olunur. Həmçinin, aktuari imtahanları üçün alacağınız təhsil sizə aktuari olmaq üçün lazım olan bütün xüsusi bilikləri verdiyindən, bakalavr ixtisasınız fərqli olmasının da o qədər də əhəmiyyəti yoxdur.

Aktuari kimdir? Aktuari nədir? 

Aktuarilər kimdir-Aktuarilər riyazi yöntəmlər və statistikaları istifadə edərək maliyyə risklərini dəyərləndirən mütəxəssislərdir.Sığorta şirkətləri,banklar,dövlət qurumları və digər aidiyyatı sahələr  bu mütəxəssislərin əsas fəaliyyət istiqamətləridir.Yuxarıda sadaladığımız məsələləri rəhbər tutaraq aktuarilər şirkətlərin  sığorta haqlarını,maliyyə məhsullarını yaxud pensiya planlarını müəyyən edə bilərlər.  Beləliklə biz aktuari kimdiraktuari nədir sualına cavab tapdıq. İndi isə gəlin aktuarilərin əsas iş prinsiplərinə baxaq.

Aktuarilərin iş prinsipləri nələrdir? 

Aktuarilərin iş prinsipləri  nələrdir? – ölüm faizi,xəstəlik faizi,qəza ehtimalı kimi riskləri hesablamaq üçün həmin mütəxəssislər riyazi və statistik metodlardan istifadə edirlər. Aktuarilərin əsas iş prinsipləri - riyazi,statistik,iqtisadi və maliyyə sahəsində əsas prinsipləri rəhbər tutaraq maliyyə risklərini dəyərləndirmək və ölçməkdir

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button