Bloq

Honours Academy tələbəsi dünyaya səs saldı

19 yaşlı azərbaycanlı qız “ACCA” Financial Accounting FA imtahanında maksimum – 100% nəticə topladı.

Azərbaycan təhsil sistemi, xüsusən də maliyyə yönümlü ixtisaslar üzrə önəmli bir uğura imza atan Aliyə Məmmədli, 19 yaşında bu nəticəyə sahib olub.

Bildiyiniz kimi dünyanın ən tanınmış və 180-dən çox ölkəsində tanınan “ACCA” Financial Accounting FA beynəlxalq mühasibat uçotu standartlarının maliyyə uçotunu öyrətməklə müəssisənin maliyyə hesabatlarının hazırlanmasını tam əhatə edən və beynəlxalq sertifikatla təmin edən proqramdır. 

Ölkəmizdə, eləcə də bütün dünyada maliyyə sahəsində karyera qurmaq istəyən hər kəsin ilk növbədə əldə etmək istədiyi bu təlim sertifikatı öz istiqaməti üzrə ən önəmli göstəricidir.

Aliyə bu uğura sahib olmaq üçün ölkəmizdə fəaliyyət göstərən və keyfiyyətli tədris proqramı, eləcə də təlimçiləri ilə tanınan Honours Academy-də 3 ay ərzində onlayn dərslərdə iştirak etdiyini bildirir.

Təlim və tədris proqramını bitirən Aliyə, Honours Academy nəzdində fəaliyyət göstərən ACCA lisenziyalı rəsmi imtahan mərkəzində (CBE Centre) imtahan verərək bu proqram üzrə toplana bilinəcək ən yüksək göstərici olan 100% nəticəni əldə edib.

Honours Academy-də təhsilini davam etdirən Aliyənin sözlərinə görə, maliyyə dünyasındakı arzuladığı karyeraya sahib olmaq üçün “ACCA” qvalifikasiyalarına aid olan bütün təlim proqramlarını mənimsəyərək yüksək göstəricilər əldə etmək niyyətindədir.

Həmçinin bugünlərdə ən aktual mövzulardan biri olan distant – məsafədən təhsillə bağlı fikirlərini də bildirən Aliyə, düzgün tədris proqramı, təlimçi-müəllim və şəxsi disiplin olacağı təqdirdə məsafədən təhsilin əyani təhsildən daha da effektiv olduğunu bildirdi.

Əlaqəli məqalələr

Süni İntellektin Mühasibatlıq və Maliyyə Sahələrinə Təsiri: İnsan Faktorunun Əvəzolunmazlığı

Süni İntellektin Mühasibatlıq və Maliyyə Sahələrinə Təsiri: İnsan Faktorunun Əvəzolunmazlığı

Süni intellekt mühasibatlıq və maliyyə sahələrində avtomatlaşdırmanı və dəqiqliyi artırsa da, insan faktorunu tamamilə əvəz edə bilməz.

Ətraflı
Daxili Audit Nədir? Daxili audit olmaq üçün lazım olan sertifikatlar

Daxili Audit Nədir? Daxili audit olmaq üçün lazım olan sertifikatlar

Daxili audit bir şirkətin daxili maliyyə sistemlərini və proseslərini qərəzsiz şəkildə nəzərdən keçirən və qiymətləndirən mühüm bir prosesdir.

Ətraflı
Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button