Bloq

CFA imtahanlarına necə hazırlaşmaq lazımdır?

CFA imtahanının I, II və ya III səviyyəsinə hazırlaşmağınızdan asılı olmayaraq, CFA İnstitutu sizə hər səviyyəyə hazırlaşmaq üçün minimum 300 saat ayırmağı tövsiyə edir. Bununla belə, imtahandan əvvəl son bir neçə aya 300 saatın hamısını doldurmağa çalışsanız, çox güman ki, onları boşa xərcləmiş olacaqsınız və imtahanı keçmək şansınız zəif olacaq. Bu yazıda, keçmə şansınızı əhəmiyyətli dərəcədə artırmaq üçün 300 saatlıq vaxtınızı düzgün şəkildə necə istifadə edə biləcəyiniz barədə tövsiyələr veririk.

İmtahandan öncə 6-9 aylıq dərs planınızı hazırlayın
Bir çox müvəffəqiyyətli "CFA Chartholder" imtahanlarda qazandıqları uğuru dərs planlarını erkən inkişaf etdirməyə borcludurlar. İmtahandan ən azı altı ay əvvəl planınızı yaratmağınızı tövsiyə edirik. Bu vaxtın təyin edilməsinin səbəbi odur ki, imtahana hazırlaşmaq sadəcə materialı öyrənməkdən daha çox şeyi əhatə edir - öyrəndiklərinizi ssenarilərə tətbiq etmək üçün məşq etməlisiniz. Bunun inkişafı üçün də vaxt lazımdır. Belə ki, planınıza imtahandan doqquz ay əvvəl başlaya bilsəniz, bu sizin üçün daha yaxşı olacaq.

Hazırlaşmaq üçün 90-120 saat, təcrübə üçün 120-150 saat və tətbiq üçün 60 saat vaxt ayırın.

Effektiv dərs planı üçün Hazırlıq > Təcrübə > İcra öyrənmə metoduna əməl etməyinizi tövsiyə edirik.

Hazırlıq
Hazırlıq mərhələsində siz 90-120 saat və ya vaxtınızın 30-40%-ni mühazirələri oxumağa və dinləməyə həsr etməlisiniz. Bu mərhələ lüğət, nəzəriyyə, anlayış və prinsiplərə dair nümunələri mənimsəmək üçün nəzərdə tutulub və o, sizi növbəti mərhələyə hazırlayacaq. Hesablamanın necə aparılacağını öyrənməzdən əvvəl bunun nə olduğunu və nəyin tələb olunduğunu bilməlisiniz.

Təcrübə
İkinci mərhələdə 20-150 saat və ya vaxtınızın 40-50%-ni praktika mərhələsində, aktual problemlərin üzərində işləməyə sərf etməlisiniz. Əsasən, siz hazırlıq mərhələsində öyrəndiyiniz anlayışları götürür və onlarla bağlı təcrübə problemlərini həll edirsiniz. Təcrübəyə ayırdığınız vaxtın hazırlıqdan daha çox olması önəmlidir, çünki öyrəndiklərinizi necə tətbiq edəcəyinizi bilmək ən vacib şeydir.

İcra
İcra mərhələsində siz öz bilik səviyyənizi ölçmək və qiymətləndirmək üçün 60 saat və ya 20% vaxt ayırırsınız. Bu mərhələ sizə öz güclü və zəif tərəflərinizi müəyyən edə və geri dönüb ehtiyacınız olduğunu düşündüyünüz bölmələri nəzərdən keçirə bilərsiniz. Ümumiyyətlə, planın son ayını sırf bu mərhələyə ayırınvə birdən çox sınaq imtahanında iştirak edin.

İmtahan ağırlıqlarını bilin.
CFA Proqramı kurikulumunu və hər bir mövzunun imtahan üçün necə qiymətləndirildiyini yaxşı başa düşmək sizə imtahan günü çox kömək olaq. Kurikulum hər imtahan dövründə yenilənir və imtahanın hər üç səviyyəsi eyni 10 mövzu sahəsinə fokuslanır. Bununla belə, imtahan ağırlıqları səviyyəyə görə dəyişir və ildən-ilə bir qədər də dəyişə bilir. İmtahanlara düşəcək mövzuların ağırlıqlarını bilməklə imtahanla bağlı daha çox təsərrüfata sahib olacaqsınız.

Öyrəndiklərinizin real dünyada necə tətbiq olunduğunu düşünün
CFA imtahanından keçmək üçün öyrəndiklərinizi real vəziyyətlərdə tətbiq etməlisiniz. Yalnız materialı əzbərləsəniz, imtahan sizin üçün bir o qədər çətin olacaq. İmtahanın məqsədi problem həll etmə bacarıqlarınızı yoxlamaq və biliklərinizi işdə qarşılaşa biləcəyiniz vəziyyətlərdə tətbiq etməkdir.

İmtahan günü yaxınlaşanda özünüzə güvənin
İmtahan öncəsi gələn həyəcanınızı məğlub etməyə çalışın. Özünüzə həddindən artıq yüklənmək və beyninizi yormaq sizə kömək olmayacaq. Həmçinin imtahandan bir neçə həftə əvvəl düzgün yuxu rejiminə keçməyə çalışın. Mütəxəssislər yatmazdan əvvəl elektronikadan, alkoqoldan və gecə saatlarında yeməkdən çəkinməyi tövsiyə edir - bunların hamısı sizin yatmağınıza mane ola bilər. Rutin sizə imtahandan əvvəlki gecə də yaxşı yatmağınıza kömək edə bilər.

İmtahandan öncəki son günü Etika da daxil olmaqla kurrikulumun daha sıx sahələrini yenidən oxumaq üçün istifadə edin.Hazırlığın son bir neçə günündə sizi əqli cəhətdən yoracaq sınaq imtahanlarına girməyin. Məqsəd zehninizi və bədəninizi son anda yormaq deyil. İmtahan mərkəzinə mümkün qədər gümrah və dincəlmiş şəkildə getməyə qərar verin.

Bütün bunları etsəniz imtahan sizin üçün bir o qədər daha rahat keçəcək və uğur sizin üçün daha da əlçatan olacaq.

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button