CFA Level 1: İmtahan Strukturu
1947-ci ildə qurulan "CFA Institute" investisiya mütəxəssisləri üçün təhsil verən qlobal təşkilatdır. Korporativ maliyyə, etika, iqtisadiyyat və maliyyə təhlilini əhatə edən Chartered Financial Analyst (CFA) təyinatı beynəlxalq səviyyədə önəmə sahibdir.
Hal-hazırda 165 ölkədə 172.000-dən çox CFA statusuna sahib olan insan var və qlobal miqyasda 31.000 investisiya institutu bunu seçim standartı kimi qəbul edir. Maliyyə sahəsində uğurlu karyera arzu edənlər üçün CFA sertifikatları əvəzedilməz rola sahibdir. Bu yolu özünə hədəf seçənlər üçün isə ilk addım "CFA Level I" hesab olunur. Bu səbəbdən, "CFA Level I" imtahanları haqqında bilməli olduğunuz əsas məlumatları sizinlə bölüşürük.
İmtahanın təşkil olunma forması:
CFA Level I imtahanları hər biri 90 testdən ibarət iki sessiyadan ibarət olur. Hər bir sessiya üçün 2 saat 15 dəqiqə (135 dəqiqə) vaxt məhdudiyyəti var. Sessiyalar arasında istəyə bağlı olaraq fasilə imkanı verilir.
İmtahan üçün materiallar:
- "CFA Program curriculum" - dərs kitabı
- "CFA Institute" onlayn sınaq imtahanları
- "Kaplan Schweser" kitabları
- Kaplan Schweser QBank
- Kömək olacaq saytlar:
investopedia.com
schweser.com
bloombergprep.com
Mövzular: I sessiya üçün
Ethical and Professional Standards (Mövzu ağırlığı 15-20%)
Quantitative Methods (Mövzu ağırlığı 8-12%)
Economics (Mövzu ağırlığı 8-12%)
Financial Reporting and Analysis (Mövzu ağırlığı 13-17%)
Mövzular: II sessiya üçün
Corporate Finance (Mövzu ağırlığı 8-12%)
Portfolio Management (Mövzu ağırlığı 5-8%)
Equity Investments (Mövzu ağırlığı 10-12%)
Fixed Income (Mövzu ağırlığı 10-12%)
Derivatives (Mövzu ağırlığı 5-8%)
Alternative Investments (Mövzu ağırlığı 5-8%)
Bəs CFA imtahanında iştirak etmək üçün nə lazımdır?
CFA imtahanında iştirak etmək üçün siz bakalavr dərəcəsi almış olmalı və ya dərəcənizin son kursunda olmalısınız. Bununla belə, əgər sizin 4000 saat müvafiq iş təcrübəniz varsa və ya universitet təhsili ilə birlikdə 4000 saatlıq iş təcrübəniz varsa, siz də imtahan vermək hüququna maliksiniz. Həmçinin CFA imtahanları üçün qeydiyyatdan keçmək istəyən şəxslərin xarici pasportlarının olması vacibdir.
CFA imtahanlarında iştirak etmək üçün minimum 3 il ərzində tamamlanmış ən azı 4000 saat müvafiq iş təcrübəsi lazımdır. Bu iş təcrübəsi birbaşa investisiya qərarlarının qəbulu prosesi ilə və ya bu investisiya qərarının qəbulu prosesini məlumatlandıran və ona dəyər əlavə edən işlə bağlı olmalıdır. Qeyd edək ki, tam iş günü, part-time və ya uzaqdan işləməyinizdən asılı olmayaraq bütün təcrübələriniz qeydə alınır.
Öz iş təcrübənizin “investisiya ilə əlaqəli” olub-olmaması ilə bağlı suallarınız ola bilər. Buna görə bələdçi olaraq, sizə “investisiya ilə bağlı” ixtisaslı iş təcrübəsinin nələri əhatə etməli olduğunu sizinlə bölüşürük:
- investisiya qərarlarının qəbulu prosesinin bir hissəsi kimi maliyyə, iqtisadi və/və ya statistik məlumatların qiymətləndirilməsi və ya tətbiqi;
- belə təhlil aparanlara nəzarət etmək;
- verilənləri necə təhlil etmək və tətbiq etmək barədə görüşlər aparmaq
Yuxarıdakılardan hərhansı biri sizin iş təcrübənizlə uyğun gəlirsə, onda işinizin CFA tələblərini qarşıladığından əmin ola bilərsiniz.