Bloq

CFA sertifikatı ilə işləyə biləcəyiniz sahələr

Maliyyə sahəsində uğurlu karyera arzulayan şəxslər üçün CFA sertifikatlarının əvəzedilməz rola sahib olduğunu yəqin ki eşitmisiniz. Bəs "CFA Chartherholder" statusuna sahib olan şəxsləri hansı sahələrdə görə bilərik? Bu yazıda sizə CFA sertifikatının önəmi və CFA setrifikatının kimlər üçün olduğuna aydınlıq gətirəcəyik.

Maliyyə analitiki


Maliyyə analitikləri proqnozlar verməyə imkan verən tendensiyaları və nümunələri aşkar etmək üçün hər cür datalardan, mikro və makroiqtisadiyyatdan istifadə edirlər. Korporativ şirkətlər bu analitiklər tədqiqatlar aparır, məsləhətlər verir və investisiya qərarlarının qəbulu prosesində kritik məsləhətçi kimi iştirak edirlər. CFA İnstitutunun məlumatına görə, CFA nizamnaməsinə sahib olanların 5 faizi korporativlərdə maliyyə analitiki vəzifəsində işləyirlər.

Portfel Meneceri


Portfel menecerləri şirkətlər üçün investisiya qərarlarını verənlərdir. Onlar müştərilərinin məqsədlərinə cavab verən investisiya strategiyaları hazırlayır və həyata keçirir, portfelləri qurur və idarə edir, investisiyaların nə vaxt alınması və satılması barədə qərarlar qəbul edir. CFA İnstitutu bildirir ki, CFA nizamnamə sahiblərinin 22 faizi portfel meneceri kimi çalışır.

İnvestisiya Məsləhətçisi


İnvestisiya məsləhətçiləri öz müştərilərinə investisiya və aktivlərin bölüşdürülməsi strategiyasının və portfelin qurulması prosesinin bir hissəsi kimi hansı fondlara, aktivlərə və ya ölkələrə sərmayə qoymalı olduqlarını məsləhət görürlər. İnvestisiya məsləhətçisinin işi əsasən müştəriləri ətrafında cəmlənir və çox vaxt uzunmüddətli əlaqələrlə nəticələnir.

Risk Meneceri


Risk menecerin qarşısında duran mühüm vəzifələrdən biri təşkilatın risk-profilinin təşkilidir. Onların təşkilatın idarə edilən tipik risklərinin siyahısını risklərin meydana çıxma tezliyinin azalması sırası ilə və ya potensial itkilərin ölçülərinin azalması sırası ilə yerləşdirərək tərtib edirlər. Risk menecerləri layihənin idarə edilməsi və təkliflərin hazırlanmasının kombinasiyası vasitəsilə mənfi maliyyə nəticələrini minimuma endirmək üçün planlar hazırlayırlar.

CFA kurslarının önəmi

 

CFA sertifikatının önəmi və əhəmiyyətindən danışdıq. Bəs CFA sertifikatını almaq üçün nə etmək lazımdır? Mentor dəstəyi, sistemli hazırlaşmaq metodları, displin sistemi, 7 ildən çox bu sahədə olan təcrübə ilə Honours Academyinin peşəkar müəllim və mentor komandası ilə hədəfinizə daha tez və rahatlıqla çata bilərsiniz. CFA Level 1 kursları haqqında ətraflı məlumat almaq üçün bura keçid edə bilərsiniz. Həmçinin "CFA Chartherholder" statusunu əldə etmək istəyən şəxslər üçün CFA Level 2 və CFA Level 3 imtahanlarını da bitirmək tələb olunur.

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button