Bloq

CIA imtahanlarının strukturu

CIA imtahani kimlər üçündür

 

CIA (Certified Internal Auditor) sertifikatı Daxili Auditorlar İnstitutu tərəfindən təyin edilmiş, beynəlxalq dərəcəli bir sertifikatdır. Bu sertifikat ona sahib olan şəxsin peşəkar səviyyədə biliklərə sahib olduğunu təsdiq edir və daxili auditora qlobal səviyyədə uğurlu karyera qurmaq imkanı yaradır. Bu səbəbdən, "CIA" imtahanları haqqında bilməli olduğunuz əsas məlumatları sizinlə bölüşürük.

İmtahanın təşkil olunma forması:
CIA İmtahanı tamamilə kompüter əsaslıdır və test suallarından ibarət üç ayrı hissədən ibarətdir.

Namizəd 1-ci hissədə verilən 2,5 saat vaxt ərzində 125 suala, 2 və 3-cü hissələrin hər birində isə 2 saat ərzində 100 suala cavab verməlidir.

Mövzular:

CIA İmtahanı daxili auditin aşağıdakı sahələrinə diqqət yetirir:

Essentials of Internal Auditing (Daxili Auditin Əsasları)
Birinci hissə namizədlərin Daxili Auditin Peşəkar Təcrübəsi üzrə Beynəlxalq Standartları, Atribut Standartları və Performans Standartları ilə bağlı bilik və bacarıqlarını yoxlayır. Birinci hissədə aşağıdakı mövzular əhatə olunur:

I. Mandatory Guidance (35-45%)
II. Internal Control / Risk (25-35%)
III. Conducting Internal Audit Engagements – Audit Tools & Techniques (25-35%)

Practice of Internal Auditing (Daxili Audit Təcrübəsi)
İkinci hissə namizədlərin Performans Standartları və cari daxili audit təcrübələri ilə bağlı bilik və bacarıqlarını yoxlayır. Ikinci hissədə namizədlərdən cavablandırılması istənilən suallar aşağıdakı mövzulardan ibarət olur:

I. Managing the Internal Audit Function (40-50%)
II. Managing Individual Engagements (40-50%)
III. Fraud Risks and Controls (5-15%)

Business Knowledge for Internal Auditing (Daxili Audit üçün Biznes Bilikləri)
Üçüncü hissə namizədlərin əsas biznes konsepsiyaları ilə əlaqəli bilik və bacarıqlarını yoxlamaq üçün nəzərdə tutulub. Üçüncü və son hissədə tələb olunan biliklər isə bu mövzulardır:

I. Governance / Business Ethics (5-15%)
II. Risk Management (10-20%)- Proficiency Level (P)
III. Organizational Structure/Business Processes and Risks (15-25%)
IV. Communication (5-10%)
V. Management / Leadership Principles (10-20%)
VI. IT / Business Continuity (15-25%)
VII. Financial Management (10-20%)
VIII. Global Business Environment (0-10%)

CIA imtahanın hansı hissəsini ilk öncə vermək daha yaxşıdır?

Bu sualın cavabı daha çox namizədin özündən asılıdır. İmtahanın I və II hissəsi auditor olaraq tez-tez rast gəlinən təcrübələrə diqqət yetirdiyindən bəzən auditor kimi təcrübəsi olan namizədlər imtahanın I və II hissəsinin yerini dəyişməyə üstünlük verirlər. Konseptlərlə şəxsi tanışlığınızdan asılı olaraq, bu hissələr ehtimal ki, CIA imtahanının ən asan hissələridir.

Daha geniş və daha konseptual olan 3-cü hissə isə bütün imtahanın ən çətin hissəsi hesab olunur. Əgər üçüncü hissənin mövzuları ilə tanışsınızsa və onlar sizə daha rahat gəlirsə, onda ən yaxşısı əvvəlcə 3-cü hissə ilə başlamaq olardı. Yenə də, namizədlərin əksəriyyəti 3-cü hissəni ən sonda götürməyi seçir və imtahana girməzdən əvvəl bu mövzuları öyrənməyə daha çox vaxt ayırır.

Beləliklə, ümumiyyətlə desək, ən yaxşı seçim CIA imtahanını tərtib edildiyi kimi ardıcıllıqla, 1-2-3 sırası ilə verməkdir.

  CIA imtahanının strukturu və təşkil olunma formasından danışdıq.CIA kursları ilə maraqlananlar üçün akademiyamızın təşkil etdiyi CIA təlimlərinin strukturu və təlimçi haqqında ətraflı məlumat almaq bura keçid edə bilərsiniz. CIA kurslarının və sertifikatının önəmini anlayan və bu sahədə kareyasını daha da irəlilətmək istəyən şəxslər üçün CIA təlimlərinin çox böyük önəmi vardır.

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button