Bloq

CIMA imtahan strukturu

CIMA idarəetmə uçotunu daha dərindən öyrənmək istəyənlər üçün hazırlanmış təlim proqramıdır. CIMA imtahanında iştirak etmək üçün CIMA tərəfindən verilən Biznes mühasibatlığı sertifikatına və ya magistr dərəcəsinə (ona ekvivalent mühasibatlıq sertifakatı) sahib olmalıdır. Rəsmi olaraq Peşəkar Kvalifikasiya kimi tanınan CIMA İmtahanı 3 səviyyədən ibarətdir:

Əməliyyat səviyyəsi (Operational Level)


Əməliyyat səviyyəsi strategiyanın həyata keçirilməsini, habelə strategiyanın icrası barədə hesabat verməyi əhatə edir. Bu səviyyə kiçik mühasiblərin rolunu - strategiyanın həyata keçirilməsini və bununla bağlı hesabatları əhatə edir.

Namizədlər maliyyə hesabatlarını necə hazırlamağı, idarəetmə uçotu məlumatlarını təqdim etməyi və biznes qərarları qəbul etmək üçün müvafiq vasitələrdən istifadə etməyi öyrənəcəklər.

Bu səviyyədəki obyektiv testlər bunlardır:
Təşkilati İdarəetmə (E1)
İdarəetmə uçotu (P1)
Maliyyə Hesabatı və Vergitutma (F1)

Bu səviyyəni başa vurduqdan sonra siz İdarəetmə Mühasibatlığı üzrə CIMA Diplomunu əldə edirsiniz.

İdarəetmə səviyyəsi (Management level)


İdarəetmə səviyyəsi daha yüksək səviyyələrdə qərar verilən strategiyanı həyata keçirmək üçün aşağı səviyyələrə çatdırır.

Namizədlər qrup hesabları hazırlamağı, qiymət və məhsul qərarları verməyi, layihələri və əlaqələri idarə etməyi öyrənəcəklər.

3 obyektiv test bunlardır:
Layihə və Əlaqələrin İdarə Edilməsi (E2)
Təkmil İdarəetmə Mühasibatlığı (P2)
Təkmil Maliyyə Hesabatı (F2)

Bu səviyyəni başa vurduqdan sonra siz İdarəetmə Mühasibatlığı üzrə CIMA Advanced Diploma əldə edirsiniz.

Strateji səviyyə (Strategic level)


Strateji səviyyə strateji qərarlar qəbul etmək və həmin qərarların həyata keçiriləcəyi konteksti təmin etmək üzərində cəmlənir. Namizədlər maliyyə strategiyasını necə formalaşdırmağı, strateji əlaqələri idarə etməyi, riski müəyyənləşdirməyi və idarə etməyi öyrənirlər.

3 obyektiv test bunlardır:
Strateji İdarəetmə (E3)
Risk İdarəetmə (P3)
Maliyyə Strategiyası (F3)

Hər səviyyə isə üç pillədən ibarətdir:

Müəssisə pilləsi (Enterprise pillar)


Bu pillə təşkilatın idarə edilməsi mövzularını əhatə edir. Müəssisə pilləsi strategiyanın formalaşdırılması ilə yanaşı, onun effektiv icrası ilə də məşğul olur.

Performans pilləsi (Performance pillar)


Bu pillə idarəetmə uçotu mövzularını əhatə edir. Performans pilləsi, strategiyanın həqiqi olmasını təmin etmək və onun icrasına nəzarət etmək üçün idarəetmə uçotu və risklərin idarə edilməsi vasitələrindən və metodlarından istifadə edir.

Maliyyə pilləsi (Financial pillar)


Bu pillə maliyyə hesabatı mövzularını əhatə edir. Bu pillədə tənzimləyici əsaslar və xarici hesabat tələbləri, təşkilatın maliyyə vəziyyətini və fəaliyyətini göstərmək üçün mürəkkəb maliyyə hesabatlarının qurulması qiymətləndirilir.

İmtahan strukturu
Obyektiv Testlər
Namizədlər hər səviyyədə istənilən ardıcıllıqla Obyektiv Testləri verə bilərlər, lakin onlar həmin səviyyədə Situasiya təhlili imtahanını verməzdən əvvəl hər 3 imtahandan keçməlidirlər.

Hər bir test 90 dəqiqədir və çox seçimli suallardan ibarətdir.

Situasiya təhlili


Obyektiv Testlərdən fərqli olaraq, Situasiya təhlili imtahanları 3 pillə üzrə bilik və hazırlığı birləşdirir.

Hər bir imtahan 3 saatdır. Namizədlərdən qısa cavablar və esselər təqdim etmələri tələb olunur.

Əlaqəli məqalələr

Süni İntellektin Mühasibatlıq və Maliyyə Sahələrinə Təsiri: İnsan Faktorunun Əvəzolunmazlığı

Süni İntellektin Mühasibatlıq və Maliyyə Sahələrinə Təsiri: İnsan Faktorunun Əvəzolunmazlığı

Süni intellekt mühasibatlıq və maliyyə sahələrində avtomatlaşdırmanı və dəqiqliyi artırsa da, insan faktorunu tamamilə əvəz edə bilməz.

Ətraflı
Daxili Audit Nədir? Daxili audit olmaq üçün lazım olan sertifikatlar

Daxili Audit Nədir? Daxili audit olmaq üçün lazım olan sertifikatlar

Daxili audit bir şirkətin daxili maliyyə sistemlərini və proseslərini qərəzsiz şəkildə nəzərdən keçirən və qiymətləndirən mühüm bir prosesdir.

Ətraflı
Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button