Bloq

Düzgün CV-ni necə hazırlamaq olar?

Yaxşı CV diqqət çəkməyiniz və daha tez iş tapmağınız üçün ən önəmli şeylərdən biridir. CV təhsilinizi, bacarıqlarınızı və təcrübənizi ümumiləşdirərək potensial işəgötürənlərə özünüzü təqdim etmək imkanı yaradır. Bəs yaxşı CV necə hazırlanmalıdır? Bu yazıda bu barədə bəzi məsləhətlər tapacaqsınız.

Sənədə düzgün başlıq seçin.
Hazırladığınız sənədə “curriculum vitae'” və ya “CV” kimi başlıqlar qoymaqdan çəkinin. Bu, yer itkisidir. Bunun əvəzinə adınızı başlıq kimi qoymağınız sizin üçün daha faydalı olacaq

Fonta diqqət edin.
Rahat oxuna bilən və gözü yormayan font seçdiyinizdən əmin olun. İşəgötürənlərin CV-nizi oxuya biləcəyinə əmin olmaq üçün 10 ilə 12 arasında bir şrift ölçüsündən istifadə edin. Bütün şriftlərin və şrift ölçülərinin ardıcıl olduğundan əmin olun.

Xronoloji ardıcıllığı izləyin.
Yazdığınız hər şeyi xronoloji ardıcıllıqla yazdığınızdan əmin olun. Bu sayədə CV-nizi oxuyan şəxslərin ilk olaraq son təcrübələrinizi və nailiyyətlərinizi görəcək.

Qısa və konkret CV hazırlayın.
Aydın boşluqlar qoyun və sadəcə önəmli məlumatları yazın. Bu tip CV tərtibatı potensial işəgötürənlərə CV-nizi daha tez gözdən keçirməyə və ilk növbədə vacib məlumatları tez seçməyə imkan verir.

PDF formatında saxlayın.
İş elanında fərqli tələb yoxdursa, CV-nizin istənilən cihazda açılıb oxuna biləcəyinə əmin olmaq üçün onu PDF kimi yadda saxlayın.

Qrammatik səhv etmədiyinizə əmin olun.
Rəsmi sənədlərdə qrammatik səhvə yol vermək sizin peşəkar olmadığınız görüntüsünü yarada bilər. Həmçinin, mail adresinizin də professional görünməsinə diqqət edin.

Dürüst olun.
İş müraciətlərizində yalan məlumatlar yazmaq və ya doğruları şişirtmək sizin imicinizə zərər verə bilər. Həmçinin, səhv məlumatlar yazmağınız saxtakarlıq kimi qiymətləndirildiyindən məsuliyyətə belə cəlb oluna bilərsiniz.

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button