Bloq

İmtahanlarda daha yaxşı nəticə göstərmək üçün texnikalar

İmtahanlar sizin fənn üzrə biliklərinizi yoxlamaq, mövzuya nə qədər hakim olduğunuzu ölçmək məqsədi ilə təşkil olunur. Buna baxmayaraq, nəticənizə təsir edən tək şey sizin bilikləriniz yox, həmçinin mental vəziyyətiniz, diqqətli olmağınız, vaxtdan düzgün istifadə etməyiniz və s. kimi digər amillərdir. Bu yazıda sizə daha yaxşı nəticə əldə etmək üçün etməli olduğunuz bəzi şeyləri təqdim edirik.

Düzgün qidalanın
Düzgün qidalanmaq fiziki sağlamlığımızla yanaşı, həm də beynimiz və zehnimiz üçün də olduqca vacibdir. İmtahandan ərəfəsi sağlam formada qidalanmaq sizə imtahan günündə daha fəal və gümrah olmağınıza, suallara daha yaxşı fokuslanmağınıza şərait yaradacaq.

Yuxu rejiminizi düzəldin.
Nə qədər çətin olsa da, imtahandan əvvəl ən azı iki gecə yaxşı yatmaq vacibdir. İmtahana yaxşı dincəlmiş formada girmək sizin üçün olduqca böyük bir müsbətdir. Adrenalin adətən, günortadan sonra tükənir və yorğunluq hətta yaxşı hazırlaşanlara belə qalib gələ bilir.

İmtahana erkən gəlin.
İmtahanlara hər zaman erkən gəlməyə çalışın. Bu həqiqətən stress səviyyənizi aşağı salmağa kömək edəcək. Bu yolla həm daha öncədən imtahan üçün yerinizi hazır edə, həm də bir az istirahət edə bilərsiniz.

Vaxtdan düzgün istifadə edin.
İmtahanda vaxtınızı səmərəli idarə etmək yüksək nəticə üçün çox vacibdir. Hər imtahan vərəqində həmişə çoxlu asan suallar olacaq, ona görə də diqqətinizi bu asan sualları cavablandırmağa yönəltmək və imtahanın çətin hissələrində ilişib qalmağa imkan verməmək olduqca önəmlidir. Davamlı vaxtınıza da nəzarət edin ki, anlıq sürprizlərlə qarşılaşmayasanız.

Sualları diqqətlə oxuyun.
Statistikalar göstərir ki, imtahanlarda edilən səhvlərin böyük bir hissəsi tələbələrin sualları tam başa düşməmələri, həll yolunu bilsələr belə diqqətsizlik səbəbi ilə onlardan istəniləndən fərqli cavabı verməmələrindən irəli gəlir. Bu səbəbdən qarşınıza çıxan sualları sona qədər və diqqətli şəkildə oxuyun, sualda sizə nə verildiyini və sizdən nə istənildiyini qeyd edin. Bu sizin edəcəyiniz səhvlərin qarşısını almağa kömək edəcək.

Pozitiv olun.
İmtahan verən tələbələrə ən çox təsir edən amillərdən biri də onların düşüncə formasıdır. Bəzən tələbələr həyəcanlarına məğlub olub, neqativ düşüncələrə qapılırlar. Bu isə istər-istəməz imtahan vaxtı da onlara pis təsir edir. Bu səbəbdən istənilən halda daim pozitiv düşünmək, kənar elementlərin sizə təsir etməsinə imkan verməmək lazımdır. Əlavə olaraq özünüzə inamı bərpa etmək üçün motivasiya videolarına baxa, bu haqda yazılar oxuya bilərsiniz.

Ümid edirik ki, yazılan tövsiyələr sizə kömək edəcək və imtahanda istədiyiniz nəticəni əldə edə biləcəksiniz. Uğurlar!

Əlaqəli məqalələr

Süni İntellektin Mühasibatlıq və Maliyyə Sahələrinə Təsiri: İnsan Faktorunun Əvəzolunmazlığı

Süni İntellektin Mühasibatlıq və Maliyyə Sahələrinə Təsiri: İnsan Faktorunun Əvəzolunmazlığı

Süni intellekt mühasibatlıq və maliyyə sahələrində avtomatlaşdırmanı və dəqiqliyi artırsa da, insan faktorunu tamamilə əvəz edə bilməz.

Ətraflı
Daxili Audit Nədir? Daxili audit olmaq üçün lazım olan sertifikatlar

Daxili Audit Nədir? Daxili audit olmaq üçün lazım olan sertifikatlar

Daxili audit bir şirkətin daxili maliyyə sistemlərini və proseslərini qərəzsiz şəkildə nəzərdən keçirən və qiymətləndirən mühüm bir prosesdir.

Ətraflı
Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button