Bloq

İşləyərkən ACCA kvalifikasiyası necə almaq olar?

Əgər siz ACCA kvalifikasiyası əldə etmək yolundasınızsa, təhsilinizlə yanaşı paralel şəkildə işə və ya digər şeylərə vaxt ayırmaqda çətinlik çəkə bilərsiniz. Əgər siz də, belə çətinlik yaşayırsınızsa, onda düz yerə gəlmisiniz, çünki bu gün sizlərə iş və təhsil həyatına eyni anda davam edənlər üçün bəzi məsləhətlər verəcəyik.

Oxumağı vərdiş edin


Nədənsə vərdiş yaratmaq üçün ona kiçik miqdarda başlamaq lazımdır, məsələn, əvvəlcə gündəlik 45 dəqiqəlik oxumağa başlasanız, zamanla bunu istədiyiniz saatlara qədər çıxara bilərsiniz. Tövsiyə olunan dərs planı həftədə minimum 8 saat oxumaqdır, bu sizə kifayət edəcək.

Plandan kənara çıxanda və ya ardıcıllığınızı pozduqda buna görə narahat olmayın və daha çox vaxt itirmədən yenidən oxumağa davam edin.

Plan qurun


İş və hazırlığı eyni anda etməyə çalışdığınız üçün dərs planı və ya cədvəli hazırlamaq sizin üçün son dərəcə vacibdir. Bu planı hazırlayarkən ACCA imtahan tarixlərini nəzərdə saxlayın ki, sonda modulları nəzərdən keçirmək üçün kifayət qədər vaxtınız qalsın. ACCA imtahanı və verilə biləcək suallar haqqında təsəvvür əldə etmək üçün test toplularını və keçmiş ACCA imtahanlarını da işlədiyinizdən əmin olun.

Vaxtınızı idarə edin


İşləyərkən ACCA ilə məşğul olmağın ən böyük çətinliyi vaxtın düzgün idarə olunması problemidir. Xüsusilə, iş və dərsin xaricindən həyat fəaliyyətləriniz varsa, bu sizin üçün daha çətin olacaq. Bunun öhdəsindən gəlmək üçün vaxtınızı düzgün bölüşdürün, ən yaxşı dərs oxuya biləcəyinizi düşündüyünüz vaxtlarda oxumağa çalışın, bu sizə inkişafınızda üstünlük yaradacaq.

Hazırlıq


Bütün mövzulara oxuduqdan sonra ediləcək ən yaxşı şey, bacardığınız qədər çox sual üzərində işləməkdir. Daha çox səhv etdiyiniz mövzuların üzərində dayanın və tam rahat şəkildə həll edənə qədər bu mövzular üzərində çalışın. Bütün bunlar sizə imtahanda özünüzə daha çox inamınız olmasına və suallara daha çox hazır olmağınıza şərait yaradacaq.

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button