Bloq

Maliyyə dünyasına aid filmlər

Maliyyə dünyası bütün qalmaqalları, dramı, həyəcanı ilə film dünyası üçün həmişə böyük mənbə olmuşdur. Zaman-zaman böyük rejissorlar, yazıçılar burada baş verən hadisələri daha çox insana çatdırmaq, öz izləyiciləri ilə bölüşdürmək üçün birlikdə işləyiblər. Nəticə olaraq, ortaya maliyyə dünyasının mövcud olduğu şərtləri izah edən bir sıra gözəl işlər çıxıb. Bu yazıda da məhz bu işlərdən bir neçəsini sizinlə bölüşəcəyik.

"The Big Short" - Adam Makkey, 2015


Ulduzlarla dolu heyəti ilə diqqət çəkən bu film 2000-ci illərdə baş verən iqtisadi böhranın əvvəlini və sonrasını dinamik bir şəkildə izah edir. Böhranı öncədən görən 4 şəxsin hekayəsini paralel şəkildə izah edərək izləyicinin həmin dövrü daha yaxşı anlamasına, hadisələrin gedişatına sektorun içərisindən şahidlik etməsinə imkan yaradır. Bunlarla yanaşı film həm də, iqtisadi məsələlərə, pul-əxlaq dilemmasına, trendlərə qarşı da cəsarətli davranaraq, bu mövzulara toxunmaqdan çəkinmir.

"Glengarry Glen Ross" - Ceyms Fouli, 1999


Eyniadlı kitab əsasında çəkilən və zamanla klassikə çevrilən bu film dörd daşınmaz əmlak satıcısının iki gününü təsvir edir. Şirkətin bu dörd satıcıdan ən çox satış edən ikisinin işdə qalıb, digərlərinin qovulacağı xəbərini verməsi ilə başlayan bu filmdə işçilərin çarəsizlik içində öz hədəflərini üçün mübarizə aparmağını izləyirik. Filmdə satış üçün hər yola əl atan satıcıların arasındakı gərginlik, yüksək rəqabət bizə iş dünyasının limitlərinin hansı səviyyədə olduğunu göstərir. Al Paçino, Kevin Speysi, Alek Boldvin kimi usta aktyorlar da bu filmə əlavə dəyər qatırlar.

"Margin Call" - Cefri Çendor 2011


2008-ci ilk böhranını sadəcə 24 saatlıq bir baxış bucağı ilə göstərən bu film bir maliyyə şirkətinin böhrana qarşı çıxış yolları axtarmasını izləyiciyə çatdırır. İşçilərin bir qismini işdən çıxararaq böhranın qarşısını müvəqqəti olaraq alsalar da, bu sadəcə sonun başlanğıcı idi. Filmin davamında isə mənəvi dilemmalar və bürokratiyanın cəmiyyətə təsiri izah edilir. İnvestisiya, marja və sərmayə kapitalı kimi anlayışların idarə olunmasından bəhs edən film kritiklər tərəfindən də olduqca yüksək rəy toplamışdı.

"Barbarians at the Gates" - Qlenn Cordan, 1993


Bu film ABŞ bank sektorundakı həyatı bir neçə dəqiqə dayandıran "RJR Nabisco" müqaviləsindən və bu müqavilənin arxaplanında baş verən hadisələri izah edir. Real həyatda baş verən bu hadisəni olduqca yaradıcı şəkildə təsvir edən bu film izləyicilərə şirkət rəhbərlərinin acgözlülüyünü və saxtakarlığını da əyləncəli şəkildə göstərir.

"Wall Street" - Oliver Ston, 1987


Kapitalizmin ən pis tərəfinin bizə göstərildiyi bu film maliyyə dünyasının acgözlü və rəqabətçi tərəfini ələ alır. Rejissor bu filmdə gənc bir birja investorunu işə götürən və pul qazanmaq üçün hər cür yola əl atan bir şirkəti təsvir edərək, bir növ izləyiciyə "Wall Street" şirkətlərinin arxaplandakı fəaliyyətlərini göstərir. Canlandırdığı Qordon Qekko personajı ilə Oskar mükafatını qazanan Maykl Duqlasın möhtəşəm performansı da filmə əlavə gözəllik qatır.

Bu filmlər maliyyə sahəsində karyera düşünən şəxslər üçün faydalı filmlərdir. Hətta bu sahədə karyera haqqında düşünməsəniz belə, bu filmlər sizə maliyyənin vəhşi və absurd dünyası haqqında bir az fikir verə bilər. Xoş seyirlər!

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button