Bloq

Maliyyə piramidası nədir?

Maliyyə piramidasının məntiqi varmı?

 

Yəqin ki, bu günə qədər sizi və ya tanıdıqlarınızı maliyyə piramidasına qoşulmağa dəvət edənlər çox olub. Bəs bu maliyyə piramidaları nədir və onlara güvənmək olarmı?

"Piramida sxemi" sərmayə qoymaq, mal satmaq və ya xidmətlər göstərməklə deyil, sxemdə iştirak edənlərin sayını artırmaqla gəlir vədinə əsaslanan iş modelidir. Bu sistemə görə piramidaya yeni daxil olan insanlardan müəyyən məbləğdə pul toplanır və toplanan pul ən sonda həmin piramidadakı üzvlərin mövqelərinə görə aralarında bölüşdürülür. Başqa sözlə, piramidaya yeni daxil olanlar əvvəllər piramidada olanlara gəlir qazandırırlar.

Bütün piramidaların əsas gəlir mənbəyi yeni iştirakçıların mümkün qədər çox cəlb edilməsi ilə təyin olunur. Amma gec-tez yeni investor axını dayanır və bu halda piramidanın iştirakçılarına ödəniş edəcək vəsait qalmır. Buna görə də, adətən piramida sahibləri yeni üzvlərin gəlmədiyini gördükdə ödənişləri dayandırır və bundan sonra yığılmış fondların qalıqlarını toplayaraq, piramidanı tərk edirlər.

Məhz bu səbəbdən bu cür sərmayələr qoyaraq yüksək gəlir əldə edəcəyinizi gözləməməlisiniz. Maliyyə piramidasının hansı mərhələdə olduğunu və nə zaman çökəcəyini müəyyənləşdirmək çətin olduğundan piramidaya qoyulmuş vəsaitin itirilməsi riski də həmişə çox yüksək olur.

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button