Bloq

Mühasibat tələbələrinin bilməli olduğu faktlar

Mühasibat sektoru tarixin ən çox dəyişən sektorlarından biridir. Mühasiblərin ətrafındakı dünya həmişə inkişaf edir. Onların sahəsi xarici mühitdə müxtəlif amillərin təsirinə məruz qaldığından, onlar iş dünyasının daim dəyişən tendensiyalarına hakim olmalıdırlar. Məşhur mifdən fərqli olaraq, mühasibat uçotu təkcə rəqəmlərdən və ya Excel-də cədvəllər tərtib etməkdən ibarət deyil. Mövzunun bu stereotipik qavrayışı onu əhatə edən bir çox yanlış təsəvvürləri də artırır. Bütün sahələrdə olduğu kimi, mühasibatlıq da sadəcə dərsliklərdə tapdığınız şeylərdən ibarət deyil.
Statistika göstərir ki, bu sahə növbəti onilliklərdə böyüməyə davam edəcək. Ona görə də, istər tələbə, istərsə də çoxdan mühasibat sahəsinə addım atmış biri olun, bu vacib faktları bilməlisiniz:

Texnologiyanın gücü və onun mühasibat uçotuna təsiri


Texnologiya illər boyu bütün insanların həyatını dəyişib, ona görə də mühasibat sahəsinin də bu təsirdən yan keçməməsi təbiidir. İllər öncə mühasibat uçotu əl ilə yazılmış hesablamalarla və qeyd dəftərləri ilə xarakterizə olunurdu. Kompüterlər populyarlaşdıqdan sonra mühasiblərin yükü əhəmiyyətli dərəcədə azaldı. İnsanlar Microsoft Excel kimi bir sıra elektron cədvəllərdən istifadə etməyə başladılar. Bu proqramlar həm vaxta qənaət edir, həm də insan səhvlərini minimuma endirir.
Texnologiya hər ötən gün daha da təkmilləşməyə davam edir, süni intellektin və maşınlaşdırmanın inkişafı insan əməyinin yükünü azaltmağa davam edir. Ona görə də, günümüzün rəqabətində məğlub olmamaq üçün texniki bacarıqlarınız ən yüksək səviyyədə olmalıdır.

Xüsusi sertifikatlara olan yüksək tələb


Universitetinizdə mühasibatlıq dərsləri öyrənə, bu biliklərinizi bakalavr və hətta magistr dərəcəsinə çevirə bilərsiniz. Bunlar özlüyündə əla olsa da, milyonlarla digər mühasibat tələbəsinin də eyni keyfiyyətlərə sahib olduğunu unutmamaq lazımdır. Rəqabət amansızdır və əgər siz çoxluq arasında diqqəti cəlb etmək istəyirsinizsə, onda üzərinizdə əlavə olaraq işləməlisiniz.
CFA, ACCA və CA kimi peşəkar sertifikatlar mühasibat sahəsində karyera arzu edən tələbələr üçün inanılmaz dərəcədə faydalı seçimdir. Bunları əldə etmək ilk baxışda çətin görünə bilər, lakin bunun sizi ruhdan salmasına imkan verməyin. Qətiyyət və zəhmətlə mümkünsüz heç nə yoxdur. Buna görə də, uğurlu karyera şansınızı artırmaq üçün əlavə əziyyət çəkməyi nəzərə almalısınız.

Mühasib olmaq üçün ən yaxşı vaxt indidir


Heç kimə sirr deyil ki, mühasibat uçotu sahəsi gələcək illərdə daha da genişlənəcəkdir. Hal-hazırda statistika göstərir ki, sənayedə şirkətlərin tələb etdiyi qədər çox mühasib yoxdur. Bunun səbəbi əksər iri şirkətlərin maliyyə departamentlərinin genişlənməsidir. Qloballaşma artmaqda davam etdikcə yeni mühasibat mövqeləri də ortaya çıxır. Nəzərə alın ki, çoxmillətli şirkətlər həmişə mənfəət marjalarını artıra və xərclərin strukturunu azalda bilən bacarıqlı şəxsləri axtarırlar. Yəni, nə vaxtsa bu sahədə davam etmək üçün kifayət qədər imkanların olmadığını hiss edirsinizsə, əmin olun ki, bu doğru deyil.

Geniş vergi biliklərinə sahib olmalısınız


Dünyanın vergi sistemi mütəmadi olaraq dəyişir və mühasiblər bu dəyişiklərlə ayaq uydurmalıdırlar. Vergi sahəsi tələbələrdən bir sıra araşdırma tələb edən müxtəlif aspektləri əhatə edir. Buna görə də, bir mühasibat tələbəsi olaraq vergi biliklərinizin aktual olduğundan əmin olmalısınız.

Ümumiyyətlə, mühasibatlıq yeni bir şeylər öyrənməyin heç vaxt bitmədiyi bir sahə olaraq qalmağa davam edir. Hər bir tələbə dəyişən anlayışlarla ayaqlaşmalıdır. Bu mühasibat uçotunun göründüyündən daha çox şeyə ehtiyac olduğunu göstərir.

Əlaqəli məqalələr

Süni İntellektin Mühasibatlıq və Maliyyə Sahələrinə Təsiri: İnsan Faktorunun Əvəzolunmazlığı

Süni İntellektin Mühasibatlıq və Maliyyə Sahələrinə Təsiri: İnsan Faktorunun Əvəzolunmazlığı

Süni intellekt mühasibatlıq və maliyyə sahələrində avtomatlaşdırmanı və dəqiqliyi artırsa da, insan faktorunu tamamilə əvəz edə bilməz.

Ətraflı
Daxili Audit Nədir? Daxili audit olmaq üçün lazım olan sertifikatlar

Daxili Audit Nədir? Daxili audit olmaq üçün lazım olan sertifikatlar

Daxili audit bir şirkətin daxili maliyyə sistemlərini və proseslərini qərəzsiz şəkildə nəzərdən keçirən və qiymətləndirən mühüm bir prosesdir.

Ətraflı
Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button