NFT: milyonluq JPG?
NFT – (non-fungible token) rəqəmsal mühasibat kitabında (blokçeyn) saxlanılan məlumatların unikal və əvəzedilməz bir vahididir. Hər bir NFT-in özünəməxsus rəqəmsal imzası olduğundan onların hər biri bir-birindən fərqlənir və dəyişdirilməsi mümkün olmur. Bu əvəzolunmazlıq NFT-ni Bitcoin kimi digər kriptovalyutalardan fərqləndirir.
NFT şəkillər, videolar və audio kimi rəqəmsal fayllar şəklində aktivlərdən və bu aktivlərdən müəyyən məqsəd üçün istifadə etmək üçün lisenziyadan ibarət ola bilər. Hətta bəzən “tweet”lər belə NFT sayılar bilərlər. Belə ki, Twitter-in qurucularından olan Cek Dorsi ilk tvitini NFT olaraq 2,9 milyon dollara satmışdı.
Şəkildə gördüyünüz rəqəmsal rəssam Mayk Vinkelmann tərəfindən hazırlanmış bu JPG faylı onlayn auksionda 69,3 milyon dollara satılaraq rekorda imza atmışdı