Bloq

Qısa müddətə ACCA imtahanında uğur qazanmaq mümkündürmü?

Yəqin ki, tələbələrin ACCA imtahanlarında uğur qazanmaq üçün uzun müddət və çox çalışmalı olduqlarını eşitmisiniz. Lakin, bəzən tələbələr üçün bu uzun müddət mövcud olmaya bilir. Əgər sizə də həmin tələbələrdən birisinizsə, onda bu yazımız sizin üçün faydalı olacaq.

Unutmayın, heç nə mümkünsüz deyil, qərarlı və əzmli şəkildə çalışsanız hər şeyin öhdəsindən gələ bilərsiniz. Qısa müddətdə hazırlaşmaq normal olaraq yorucu ola bilər, lakin bu həm də yüksək nəticələr qazanmağınıza səbəb olacaq. Səylərinizin boşa getməməsi və ACCA imtahanına maksimum şəkildə hazırlaşmaq üçün etməli olduqlarını sizinlə bölüşürük.

Düzgün strategiya qurun

 

Deməli, vaxtınız azdır, olsun, heç bir problem yoxdur. Məqsədiniz dəyişdirilə bilməyən şeylərə diqqət yetirmək olmamalıdır. Bunun əvəzinə, enerjinizi düzgün strategiya ilə dəstəklənən effektiv bir dərs planı hazırlamağa sərf etməlisiniz.

Tutaq ki, imtahan tarixinə qədər üç həftə vaxtınız qalıb. Özünüzə on dəqiqə vaxt ayırın və bu üç həftə ərzində etməli olduğunuz hər şeyi düşünün. Gündəlik dərs planlarınızı və öhdəliklərinizi planlaşdırın. Bütün bunlar öyrənmək üçün kifayət qədər vaxtınızın olmasını təmin etmək üçündür. İdeal olaraq, vacib mövzuları nəzərdən keçirməli, keçmiş imtahan suallarına baxmalı və mümkün qədər çox bilik əldə etməlisiniz.

Bacardığınız qədər keçmiş imtahan suallarını işləyin


Dərs kitabları hər nə qədər vacib olsa da, çox az vaxtınızın qaldığı ssenaridə sadəcə kitabları oxumaq heç də yaxşı fikir deyil. Əgər siz də oxşar vəziyyətdəsinizsə, keçmiş ACCA imtahanlarına bacardığınız qədər çox vaxt ayırın. Çalışdığınız suallar yenidən imtahana düşməyəcək, lakin onlar sizdə imtahanda nə gözləməli olduğunuz barədə fikir yaradacaq. Bəzi suallar eyni olmasa da, oxşar həll üsuluna sahib olacaq. Buna uyğun strategiya qursanız, ACCA imtahanı sizə daha asan görünəcək.

Geniş qeydlər aparmayın


ACCA imtahanına hazırlaşmaq üçün ətraflı qeydlər aparmaq məqsədəuyğun fikir olsa da, olduqca vaxt aparan strategiyadır. Sizin isə buna ayıra biləcək əlavə vaxtınız yoxdur. Əsas materiala diqqət yetirin və sadəcə çox vacib olan şeyləri qeyd edin. Fəsil xülasələrini dəftərinizə köçürməyin, məzmunu başqa cür yadda saxlamağa çalışın.

Video dərsliklərdən istifadə edin


Video dərsliklərin ən gözəl tərəfi odur ki, onlar bir çox vacib məlumatı bir neçə cümləyə sığışdırırlar. Bu vaxtınıza qənaət etməyə və dərsləri daha yaxşı yadda saxlamağınıza kömək edəcək. Bir çox videolarda təlimatçılar dərsləri izah edərkən ona uyğun məsələlər də həll edirlər. Bu da sizdə həmin mövzu ilə bağlı daha yaxşı təsəvvürün formalaşmasına səbəb olacaq.

Cavablama bacarığınızı inkişaf etdirin


İmtahanlarda edilən səhvlərin böyük bir hissəsi tələbələrin sualı necə cavablandırmalı olduqlarını başa düşməməsindən irəli gəlir. Bu səbəbdən qarşınıza çıxan sualları sona qədər və diqqətli şəkildə oxuyun, sualda sizə nə verildiyini və sizdən nə istənildiyini başa düşməyə çalışın. Bu sizin edəcəyiniz səhvlərin qarşısını almağa kömək edəcək.

Çox az vaxtınızın qalması heç vaxt ideal deyil. Bununla belə, bu o demək deyil ki, siz ACCA imtahanından uğurla keçə bilməyəcəksiniz. Bu nöqtədə, uğursuzluq şansını minimuma endirmək üçün əlinizdən gələni etməlisiniz.

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button