Bloq

Tarixə keçmiş mühasibat fırıldaqları

Yəqin ki, mühasiblərin film və seriallarda tez-tez saxtakarlıqla və ya çirkli pulların yuyulması ilə məşğul olan şəxslər kimi təqdim edildiyinə fikir vermisiniz. Bəs bu cür hadisələr real həyatda da baş verirmi?

Mühasiblər şirkətlərin fəaliyyətində önəmli rol oynadıqlarından onlara verilən məsuliyyətlər də olduqca böyük olur. Bu da onların bəzən vəzifələrindən sui-istifadə etməsinə səbəb ola bilir. Bu yazıda sizə məhz bu cür sui-istifadə ilə adını maliyyə dünyasının qara səhifələrinə yazdırmış bəzi mühasibatlıq fırıldaqları haqqında məlumat veririk.

Enron
Enerji sektorunun nəhənglərindən biri olan "Enron" şirkətinin gəlirləri şişirdib, xərcləri isə müxtəlif üsullarla gizlədərək şirkətin dəyərlərini artırdığı ortaya çıxmışdı. Skandal səhmdarlara düz 74 milyard dollar zərər vermişdi.

Wachovia
Amerikanın ən böyük bankları sırasında olan "Wachovia" bankının böyük miqdarda çirkli pulların yuyulmasında iştirak etdiyi aşkarlanmışdı. Belə ki, bank 2004-2007-ci illər arasında Meksikadakı narkotik kartellərinə öz filialları vasitəsilə 390 milyard dollara yaxın çirkli pulun yuyulmasına icazə vermişdi.

Tyco International
Amerikanın nəhəng təhlükəsizlik şirkəti olan "Tyco" şirkətinin rəhbərlərinin şirkətdən 150 milyon dollardan çox pul oğurladıqları və hesabatlarında şirkətin gəlirlərini 500 milyon dollardan çox şişirtdikləri aşkar edimişdi. Onlar təsdiqlənməmiş kreditlərdən və səhm satışlarından istifadə edərək hesabları manipulyasiya etmişdilər.

WorldCom
Vaxtı ilə telefon bazarının liderlərlərindən biri hesab edilən "WorldCom" şirkətinin gəlirləri şişirtmək üçün saxta hesabat hazırladıqları ortaya çıxmışdı. Ən sonunda şirkət öz aktivlərini 11 milyard dollardan çox şişirtdiyini etiraf etmək məcburiyyətində qalmışdı.

Bernard Medoff
Tarixin ən böyük maliyyə piramidasını quran B.Medoff şüurlu şəkildə ayrı-ayrı fiziki şəxsləri, kompaniyaları, bankları, sosial və təqaüd fondlarını illik 46 faiz təmiz gəlir vəd etməklə öz piramidasına cəlb etmişdi. 17 il ərzində fəaliyyət göstərən piramida sayəsində Bernard 37 min səhmdardan ümumi 64.8 milyard dollara yaxın pul mənimsəmişdi.

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button