Bloq

Təhsil iqtisadiyyata necə təsir göstərir?

Bir ölkənin təhsil sistemi onun iqtisadi göstəriciləri ilə necə əlaqəlidir? Niyə diplomu olan işçilərin əksəriyyəti diplomu olmayanlardan daha çox qazanır? Təhsil və təlimin iqtisadiyyatla qarşılıqlı əlaqəsini anlamaq bəzi biznes və iqtisadiyyatların niyə davamlı inkişaf etdiyini, digərlərinin isə zəiflədiyini izah etməyə kömək edə bilər.

Əmək təklifi artdıqca əmək haqqı da eyni səviyyədə aşağı düşməyə təzyiq edilir. Əgər işəgötürənlərin əmək tələbi işçi təklifi ilə ayaqlaşmırsa, o zaman əmək haqqı da adətən aşağı düşür.

İşçi qüvvəsinin artımı xüsusilə yeni işçilər giriş maneələrinin aşağı olduğu, yəni hərhansı bir təhsil və ya təlimə ehtiyac duyulmayan sahələrdə işləyənlər üçün zərərlidir. Əksinə, yüksək bilik və ali təhsil tələb edən sənayelər isə işçilərə daha yüksək əmək haqqı verirlər. Buna səbəb həmin sahədə işləyə biləcək təhsilli insan sayının az olmasından və lazım olan təhsilin əhəmiyyətli dərəcədə xərclər tələb etməsi ilə bağlıdır.

Təhsil ölkələrə necə təsir göstərir?

Qloballaşma və beynəlxalq ticarət ölkələrin və onların iqtisadiyyatlarının bir-biri ilə davamlı rəqabət aparmasını tələb edir. İqtisadi cəhətdən uğurlu hesab olunan ölkələr digər iqtisadiyyatlarla müqayisədə rəqabət və müqayisəli üstünlüklərə malik olacaqlar. Bir ölkənin işçi qüvvəsi və təhsili, ölkə iqtisadiyyatının nə nə dərəcədə yaxşı performans göstərəcəyini müəyyən edən əsas amildir.

İşçilər də öz növbəsində bacarıqlarını inkişaf etdirərək və təkmilləşdirərək öz qazanc potensiallarını artırırlar. Onlar müəyyən bir işin funksiyası, sənayenin vəziyyətə haqqında nə qədər çox bilsələr, işəgötürən üçün bir o qədər dəyərli olacaqlar.

Bir çox ölkələr elm və texnologiya kimi yeni sənayelərdə fəaliyyət göstərə bilən işçilər yetişdirən təhsil sisteminin inkişafına daha çox diqqət yetirirlər. Bunun əsas səbəbi inkişaf etmiş ölkələrdə artıq köhnə sənayelərin rəqabət üstünlüyü olmaması, bazardakı dominantlığını itirməsidir.

Təhsilli işçilərin nisbəti artdıqca ölkənin iqtisadiyyatı daha məhsuldar olur, çünki təhsilli işçilər savadlılıq və tənqidi düşüncə tələb edən vəzifələri daha səmərəli yerinə yetirə bilirlər. Əhalisinin daha çox hissəsinin məktəbə getdiyi və məktəbi bitirdiyi ölkələr daha az təhsilli işçiləri olan ölkələrlə müqayisədə daha sürətli iqtisadi artım görürlər.

Müəssisələr üçün işçinin intellektual qabiliyyəti aktiv kimi qəbul edilə və bu aktiv daha sonra satıla bilən məhsul və xidmətlər yaratmaq üçün istifadə edilə bilər. Bir firmada nə qədər yaxşı təlim keçmiş işçilər işə götürülsə, o firma nəzəri cəhətdən bir o qədər çox istehsal edə bilər.

Hər hansı bir qərar kimi, təhsilə sərmayə qoymaq da işçi üçün alternativ xərclər yaradır. Sinifdə sərf olunan saatlar işləmək və gəlir əldə etmək üçün daha az vaxtın olması deməkdir. Bununla belə, işəgötürənlər bir işi başa çatdırmaq üçün tələb olunan vəzifələr daha yüksək səviyyəli təhsil tələb etdikdə daha yüksək əmək haqqı ödəyirlər. Başqa sözlə, qısa müddətdə bir işçinin gəliri təhsilə ayırdığı vaxta görə aşağı ola biər, amma təlim başa çatdıqdan sonra ona təklif olunan əmək haqqı da daha yüksək olacaq.

İşçilərin əmək təchizatında mövcud olan bilik və bacarıqları həm biznesin, həm də iqtisadi artımın müəyyən edilməsində əsas amillərdir. Əhəmiyyətli ixtisaslı işçi qüvvəsi olan iqtisadiyyatlar çox vaxt yüksək texnologiyalı istehsal kimi daha çox əlavə dəyər yaradan sənayeləri inkişaf etdirməklə bundan kapital qazana bilirlər.

Təhsil məhsuldarlığı və yaradıcılığı yüksəltməklə yanaşı, sahibkarlığı və texnoloji inkişafı da stimullaşdırmağa meyllidir. Bütün bunlar ölkənin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırdığından təhsil ölkələr üçün təbii sərvət dəyərindədir.

Bu səbəbdən də ölkələr qanunvericilik və iş proqramları vasitəsilə bütün vətəndaşlarının işçiləri, şirkətləri və bütün iqtisadiyyatı yüksəldə biləcək təhsil və təlimlərə çıxış əldə etmələrini təmin etməlidir.

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button