Təhsil modeli
“Honours Academy"nin təhsil modeli tələbələrə yalnız nəzəri və praktiki bilikləri tədris etməklə yanaşı, həm də dərslərin daha effektiv tədris olunması metodlarını özündə birləşdirir. Belə ki, tələbələrin dərsləri daha yaxşı qavramaları, dərslərdə davamlı disiplinə nail olmaq və imtahanlardan daha yüksək nəaliyyətlər əldə etmələri üçün ən son tədris metodologiyaları və müasir tədris texnikaları ilə birlikdə unikal və özünəməxsus təhsil modelləri tətbiq edilir.
Tələbələrin hər bir təlim üzrə dərsliklərlə təmin olunması ilə yanaşı, akademiyada maliyyə proqramları üzrə zəngin materiallarla təchiz olunmuş kitabxana da fəaliyyət göstərir.
"Honours X" platformasının tərkibində yer alan imtahan platforması vasitəsilə hər bir tələbə öz şəxsi hesabına daxil olaraq ödənişsiz sınaq imtahanı, testlər və digər təkmilləşdirici materiallardan istifadə edə bilər.
NLP Metodologiyasından
istifadə
Təlimlərin təşkilində NLP metodologiyalarından istifadə etməklə tələbələr imtahanlara həm pedoqoji, həm də psixoloji istiqamətdə hazırlanır.
Təlimlərin effektivliyinin yüksək olması, həmçinin tələbələrə nəticəyönümlü tədrisin təmin olunması üçün təlimlərə qoşulmuş hər bir tələbə Akademiya tərəfindən hazırlanmış spesifik disiplin sisteminə cəlb olunur.
Azərbaycanda yalnız Honours Academy ilə əməkdaşlıq edən “HDN Scholarships” təqaüd proqramı tələbələrimizə təhsil təqaüdləri təqdim edir.
Honours Academy-də təlimlər Beynəlxalq Maliyyə İnstitutlarının ən son və yenilənmiş rəsmi sillabuslarına uyğun olaraq tədris olunur. Təlimi bitirmiş tələbələr rəsmi imtahanlarda iştirak edərək beynəlxalq səviyyədə tanınan sertifikat və ya diplom əldə edə bilirlər.
Təlimlərə qoşulmuş hər bir tələbəyə təlim proqramını bitirdikdən sonra ilk cəhddə müvafiq rəsmi imtahandan uğurlu nəticə göstərəcəyi ilə bağlı yazılı rəsmi zəmanət verilir.
Tələbələrimizin tədris olunan mövzuları daha yaxşı qavramaları, imtahanlardan daha yüksək nəticələr əldə etmələri üçün mentorlarımız onların bütün suallarını cavablandırır, əlavə təkmilləşdirmə dərsləri təşkil edirlər.