2017-ci ildən fəaliyyətə başlamış Honours Academy maliyyənin müxtəlif sahələrində Beynəlxalq Maliyyə İnstitutlarının tələbələrinə əsasən mütəxəssislər yetişdirir.
Təlimlərin müddəti nə qədərdir?+
Təlim proqramlarının müddəti, sillabusa əsasən dəyişir. ACCA-in əsas kvalifikasiyası üzrə: Management Accounting; Financial Accounting; Performance Management; Financial Reporting; Audit and Assurance; Financial Management təlimləri ortalama 3 ay müddətində, DipIFR təlimi ortalama 4 ay müddətində, CFA Level 1 təlimi ortalama 5 ay müddətində tədris olunur.
Təlimlərə Qeydiyyat üzrə hansı sənədlər lazımdır?+
Təlimlərə qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin olması kifayət edir.
Təlim proqramlarının qiyməti nə qədərdir?+
Təlim proqramının növünə, ödəniş üsuluna görə və ödəniş şəklinə əsasən təlim proqramının qiyməti dəyişə bilir. Hər bir təlimin ödənişi üzrə məlumatı saytımızdakı təlim proqramı səhifəsindən və ya Akademiyamızla əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Təlimləri bitirdikdə sertifikat verilir?+
Honours Academy tələbələrini Beynəlxalq Maliyyə İnstitutlarının müvafiq sertifikat proqramlarına uyğun hazırlaşdırır. Təlimi bitirən tələbələr həmin institutların (Məs: ACCA, CFA) imtahanlarından uğurla keçərək qlobal səviyyədə tanınan sertifikat əldə edə bilirlər.
Honours Academy harada yerləşir?+
Honours Academy Metronun 28 May və Sahil stansiyalarından 5 dəqiqəlik piyada məsafədə olan Üzeyir Hacıbəyli küçəsi 35 ünvanında, Hökümət evinin arxasında yerləşir.
İmtahanlara qeydiyyat üçün hansı tələblər var?+
Beynəlxalq Maliyyə İnstitutlarının Sertifikat imtahanlarında iştirak tələblərinə uyğun olaraq tələbələr hər təlim proqramı üzrə qeydiyyat zamanı məlumatlandırılır. ACCA-in əsas kvalifikasiyası üzrə (Məs: Financial Accounting, Audit and Assurance və s.) minimum 1-ci kurs bakalavr tələbəsi olmaq və ya CFA Level 1 imtahanında iştirak edə bilmək üçün isə bakalavr dərəcəsi üzrə universitet məzunu yaxud sonuncu kurs tələbəsi olmaq lazımdır.
Təlimlərə qeydiyyat üçün yaş məhdudiyyəti varmı?+
Təlimlərə qeydiyyat üçün heç bir yaş məhdudiyyəti yoxdur. Ancaq tədrisi təşkil olunan təlim proqramı üzrə müvafiq maliyyə institutunun tələblərinə uyğun olaraq Universitet tələbəsi olmaq, Universitet diplomuna sahib olmaq və ya iş təcrübəsi tələb oluna bilər.
Təlimlər hansı dildə tədris olunur?+
Təlim üçün nəzərdə tutulmuş bütün dərslik və dərs vəsaitləri, test tapşırıqları, sınaq imtahanları hər biri ingilis dilindədir. Ancaq tədris müddətində təlimçi Azərbaycan dilində izahlara yer verir. Təlimin effektiv olması üçün tələb olunan minimum ingilis dili səviyyəsi təlimin növündən asılı olaraq pre-intermediate və ya intermediate-dir.
Təlimlərə Zəmanət Verilir?+
Honours Academy-də tədris olunan təlimlər üzrə tələbələrə "Qızıl Zəmanət Məktubu" təqdim olunur. Təlim proqramının növünə görə zəmanət Təlim Xərclərini və İmtahan ödənişini qarşılaya bilər.
Təlim hansı formatda keçirilir?+
Honours Academy-də təlimlər Ənənəvi və Onlayn formatda tədris olunur. Hazırda Koronavirus Pandemiyası səbəblərinə görə təlimlər Onlayn olaraq davam etdirilir. Karantin qaydaları və koronavirus təhlükəsi aradan qalxdığı müddətdən etibarən ənənəvi şəkildə tədris davam etdiriləcəkdir.
Qruplarda tələbə sayı nə qədər olur?+
Qruplarda tələbə sayı təlimdən, təlimçidən və qrupdan asılı olaraq dəyişkəndir. Belə ki, tələbə sayı 12 nəfərlik, 15 nəfərlik və 25 üzəri olan qruplarımız mövcuddur. 25 üzəri tələbə sayı olan qruplar əsasən, Daşqın Həmidzadənin təlimçiliyi ilə baş tutan qruplar olur. Daşqın Həmidzadə təlimlərinə həm müraciətlərin həddindən artıq çox olmasından, həm də çox illik təlimçilik təcrübəsinə əsasən daha çox tələbəyə daha keyfiyyətli dərs keçmə prinsiplərinə köklənərək, adətən, tələbə sayı 25 və üzəri olan qruplarla tədris aparır. Bunun nəticəsidir ki, təkcə son 1 ildə 60-dan çox tələbəsi 90%+ nəticə göstərmişdir. Ancaq siz seçiminizə əsasən az sayda olan qruplara da qeydiyyatdan keçə bilərsiniz.
İngilis dili Nə dərəcədə vacibdir?+
İmtahanların, dərslik və dərs vəsaitlərinin ingilis dilində olduğunu nəzərə alaraq təlimlərdə iştirak edəcək tələbələrin "Reading Section"u üzrə minimum pre-intermediate səviyyəsində İngilis dili biliyinin olması məqsədəuyğundur. Ancaq bildirmək istərdik ki, maliyyə üzrə təlimlərdən ingilis dilindən çox məntiqi-riyazi düşünmə bacarığı və potensialı daha önəmlidir. Təcrübədə ingilis dili bilik səviyyəsinin elementary olmasına baxmayaraq uğurlu nəticə əldə edən kifayət qədər çox tələbəmiz olmuşdur.
Hansı təlim proqramları var?+
Honours Academy-də Beynəlxalq Maliyyə İnstitutları olan ACCA, CFA, CIA, CFE və SOA-nın müxtəlif kvalifikasiyaları üzrə təlimlər təşkil olunur: Management Accounting; Financial Accounting; Performance Management; Financial Reporting; Audit and Assurance; Financial Management; DipIFR; CFA Level 1; Actuary Exam P; Actuary Exam FM; Actuary Exam LTAM; Actuary Exam STAM; CIA Part 1; CFE
Ödəniş növləri və formaları hansılardır?+
Honours Academy-də təlimlərin ödənişləri Tam və ya hissəli şəkildə Ofisə yaxınlaşaraq, Online şəkildə və Ödəniş Terminalları ilə ödəmək mümkündür. Qeyd edək ki, Birkart və Tamkart taksit kartları ilə ödəniş də mövcuddur.
İşlə təmin edirsiniz?+
Honours Academy ilə partnyor olan yerli və qlobal şirkətlərə, təlimlərimizdə iştirak edərək imtahanlardan yüksək nəaliyyətlər əldə etmiş tələbələrimiz üçün tövsiyə məktubu göndərərək işə qəbul zamanı dəstək oluruq.
Qeydiyyat üçün nə etməliyəm?+
Saytımızda yerləşən müvafiq təlim proqramı səhifələrindən uyğun tarixi seçərək online şəkildə və ya ofisimizə yaxınlaşaraq qeydiyyatdan keçə bilərsiniz.