Actuary

Aktuarilər risk ölçülməsi və idarə edilməsini dərindən başa düşməklə, müəssisələrin böyüməsinə və müştərilərinə dəyər vermələrinə kömək edirlər. Liderlərə strateji qərarlar vermələrinə və istehlakçıların gələcəkdə baş verəcəklərə hazırlaşmalarına köməklik göstərirlər.

Actuary

Actuary Kvalifikasiyaları

Acturay (Azərbaycan dilində: Aktuari): Risklərin təyini, ölçülməsi və idarə olunması; sığorta və investisiyalarla bağlı qərarların verilməsi üzrə fokuslanmış 3 fərqli proqramdan ibarətdir.

Associate of the Society of
Actuaries

Actuary peşəkar kvalifikasiyasının bir hissəsidir. “Associate of the Society of Actuaries - ASA” proqramı: Risk modelləşdirilməsi və idarə edilməsi üçün əsas anlayışları, gələcəkdə baş verə biləcək qeyri-müəyyən hadisələr, xüsusən də maliyyə təsirləri olan ümumi problemlərə bu anlayış və üsulları tətbiq etməyin əsas üsullarını, peşə davranış qaydalarını və tanınmış təcrübə standartlarına riayət edilməsinin əhəmiyyətini əhatə edir.

“Associate of the Society of Actuaries” statusuna sahib olmaq üçün aşağıdakı tələblərə cavab verilməlidir:


1. Təhsil Təcrübəsi ilə Təsdiqləmə:

• İqtisadiyyat
• Mühasibat və Maliyyə
• Riyazi Statistika

2. İmtahanlardan Uğurla Keçmək:

• Ehtimal Nəzəriyyəsi
• Maliyyə Riyaziyyatı
• İnvestisiya və Maliyyə Bazarları
• Uzun Müddətli Aktuari Riyaziyyatı
• Qısa Müddətli Aktuari Riyaziyyatı
• Risk Modelləşdirmə Statistikası
• Proqnozlaşdırıcı Analitika

3. Aktuari Təcrübəsinin Əsasları Kursun Bitirmək (onlayn)

4. Assosiasiya Peşəkarlığı Kursunu Bitirmək (onlayn)

Chartered Enterprise Risk Analyst

Actuary peşəkar kvalifikasiyasının bir hissəsidir. “Chartered Enterprise Risk Analyst - CERA” proqramı: Risk daşıyan müəssisələrdə riskin müəyyən edilməsi, ölçülməsi və idarə edilməsi, həmçinin, peşəkar davranış qaydalarını və tanınmış təcrübə standartlarına riayət edilməsinin əhəmiyyətini əhatə edir.

“Associate of the Society of Actuaries” statusuna sahib olmaq üçün aşağıdakı tələblərə cavab verilməlidir:


1. Təhsil Təcrübəsi ilə Təsdiqləmə:

• İqtisadiyyat
• Mühasibat və Maliyyə
• Riyazi Statistika

2. İmtahanlardan Uğurla Keçmək:

• Ehtimal Nəzəriyyəsi
• Maliyyə Riyaziyyatı
• İnvestisiya və Maliyyə Bazarları
• Uzun Müddətli Aktuari Riyaziyyatı
• Qısa Müddətli Aktuari Riyaziyyatı
• Risk Modelləşdirmə Statistikası

3. Müəssisə Risklərinin İdarə Edilməsi Modulu Tamamlamaq və İmtahanından Keçmək

4. Aktuari Təcrübəsinin Əsasları Kursun Bitirmək (onlayn)

5. Assosiasiya Peşəkarlığı Kursunu Bitirmək (onlayn)

Fellow of the Society of Actuaries

Actuary peşəkar kvalifikasiyasının bir hissəsidir. “Fellow of the Society of Actuaries - FSA” proqramı: Təqaüdlər, həyat sığortası, sağlamlıq sığortası və investisiyalarla bağlı maliyyə qərarlarının qəbul edildiyi iş mühitlərini, o cümlədən riyazi anlayışların və aktuari təcrübəsinin müxtəlif sahələrinə digər texnikaların tətbiqini əhatə edir.

“Fellow of the Society of Actuaries” statusuna sahib olmaq üçün aşağıda göstərilən tələblərə cavab verilməlidir:

  • Korporativ Maliyyə və Müəssisə risklərinin idarə edilməsi
  • Rəqəmsal Maliyyə və İnvestisiya
  • İndividual Varlıq və Annuitet
  • Təqaüd Ayrılma Faydaları
  • Qruplar və Sağlamlıq
  • Ümumi Sığorta