ACCA - 536.000 tələbə və 233.000 üzvü özündə birləşdirən, müəyyən etdiyi beynəlxalq mühasibat uçotu standartları dünyanın 180 ölkəsində tətbiq olunan, peşəkar maliyyəçilərin, mühasib və auditorların yetişdirilməsi üçün kvalifikasiyalar tərtib edən beynəlxalq assosiasiyadır.
ACCA Kvalifikasiyaları sizə maliyyə, audit, mühasibatlıq sahəsində peşəkar mütəxəssis olmaq üçün lazım olan bacarıqlarınızı inkişaf etdirməyə köməklik göstərir.
ACCA peşəkar kvalifikasiyasının Applied Knowledge Modulunun bir hissəsidir. Business and Technology - BT: Müəssisələrin necə səmərəli və etik şəkildə fəaliyyət göstərəcəyini; maliyyə mütəxəssislərinin buna nail olmaqda oynadığı kritik rolunu; İdarəetmə, məşğulluq, sağlamlıq, məlumatların qorunması və təhlükəsizliyi kimi aspektlərə iqtisadi, hüquqi və tənzimləyici təsirlər də daxil olmaqla iş mühitini konteksini əhatə edir.
ACCA peşəkar kvalifikasiyasının Applied Knowledge Modulunun bir hissəsidir. “Management Accounting - MA” planlaşdırma və qərar qəbul edilməsi prosesində əsas idarəetmə məlumatlarının təmin edilməsini əhatə edir.
ACCA peşəkar kvalifikasiyasının Applied Knowledge Modulunun bir hissəsidir. “Financial Accounting (FA)” beynəlxalq mühasibat uçotu standartlarının fundamental biliklərini özündə əks etdirən, müəssisənin zəruri maliyyə hesabatlarının hazırlanmasını əhatə edir.
ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Corporate and Business Law (LW)” Ümumi hüquqi çərçivəni və bizneslə əlaqəli xüsusi hüquqi sahələri əhatə edir.
ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Performance Management (PM)” müəssisənin kəmiyyət və keyfiyyət üzrə məlumatlarından istifadə etməklə planlaşdırma, qərar qəbuletmə, performans qiymətləndirmə və nəzarət üçün tələb olunan idarəetmə uçotu üsullarının tətbiqini və bu istiqamətdə bilik və bacarıqları inkişaf etdirir.
ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Taxation (TX)” Vergi sistemi ilə bağlı fərdlərə, tək şirkətlərə və şirkət qruplarına aid bilik və bacarıqları inkişaf etdirir.
(Azərbaycan dilində: “Maliyyə hesabatları”) ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Financial Reporting (FR)” maliyyə hesabatlarının necə təhlil və şərh olunması da daxil olmaqla, müəssisənin maliyyə hesabatlarının hazırlanmasının teorik çərçivəsi və mühasibat uçotu standartlarının anlaşılması və tətbiqi üçün lazım olan bilik və bacarıqları inkişaf etdirir.
ACCA peşəkar kvalifikasiyasının Skills Modulunun bir hissəsidir. “Audit and Assurance - AA” Peşəkar tənzimləyici çərçivə kontekstində təminat öhdəliyinin yerinə yetirilməsi prosesi və onun tətbiqi haqqında lazım olan bilik və bacarıqları inkişaf etdirir.
“DipIFR” – Diploma in International Financial Reportings dünyanın ən böyük mühasibatlıq qurumlarından biri olan ACCA tərəfindən verilən və bütün dünyada tanınan bir diplomdur. “DipIFR” beynəlxalq maliyyə hesabatları haqqında bilik və anlayışları inkişaf etdirir.
DipIFR ACCA’in xüsusi kvalifikasiyası olub:
Beynəlxalq mühasibat uçotunun quruluşunu;
Maliyyə hesabatlarının əsas elementlərinə müvafiq maliyyə hesabatı standartlarını tətbiqini;
Maliyyə hesabatlarında və açıqlamalarında şirkət tələblərini müəyyənləşdirməyi və tətbiq etməyi;
Törəmə müəssisələr, asılı müəssisələr və birgə müəssisələr də daxil olmaqla qrup maliyyə hesabatlarının hazırlanmasını əhatə edir.
Proqramda:
Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (IASB) və tənzimləyici çərçivədə Maliyyə vəziyyəti, mənfəət-zərər, məcmu gəlir haqqında hesabatların və kapitaldakı dəyişikliklər haqqında hesabatın tərtib edilməsi;
Mühasibat uçotu siyasəti, mühasibat hesablamalarındakı dəyişikliklər; Maraqlı tərəflərin açıqlamaları;
Kiçik və orta müəssisələr üçün (KOBİ) hesabatlar;
Konsolidasiya edilmiş xarici hesabatların hazırlanması;
Törəmə şirkətlərin səhmlərinin tam özgəninkiləşdirilməsi əhatə olunur.
ACCA peşəkar kvalifikasiyasının Essentials Modulunun bir hissəsidir. “Strategic Business Leader - SBL” bir növ iş yerini əks etdirir, texniki, praktiki və peşəkar bacarıqları nümayiş etdirməyə imkan verən real keyslər ilə təmin edir.
ACCA peşəkar kvalifikasiyasının Options Modulunun bir hissəsidir. “Advanced Financial Management - AFM” proqramında Şəxsi və ictimai sektorlarda hər hansı bir təşkilatın maliyyə idarəçiliyi ilə əlaqədar qərarlar qəbul edərkən və ya tövsiyyə edərkən, yüksək səviyyəli maliyyə rəhbərindən və ya məsləhətçisindən gözlənildiyi kimi müvafiq bilik, bacarıq və peşə mühakiməsi tətbiq edəcəksiniz.
ACCA peşəkar kvalifikasiyasının Options Modulunun bir hissəsidir. “Advanced Performance Management - APM” Müxtəlif iş kontekstlərində strateji idarəetmə mühasibatlıq texnikasının seçilməsi və tətbiqi ilə əlaqədar bilik, bacarıq və təcrübənizi tətbiq edəcək və təşkilatın fəaliyyətinin və strateji inkişafının qiymətləndirilməsinə töhfə verəcəksiniz.
ACCA peşəkar kvalifikasiyasının Options Modulunun bir hissəsidir. “Advanced Taxation (ATX)” proqramında: Əsas vergilərin maliyyə qərarlarına və vəziyyətlərə təsiri ilə əlaqədar fərdlərə və müəssisələrə müvafiq məlumat və məsləhətlər verərkən müvafiq bilik və bacarıqları tətbiq edəcək və peşəkar mühakimə həyata keçirəcəksiniz.
ACCA peşəkar kvalifikasiyasının Options Modulunun bir hissəsidir. “Advanced Audit and Assurance - AAA” proqramında Peşəkar və etik çərçivədə zəmanət və ya digər xidmət müqaviləsi üzərində səmərəli işləmək bacarığınızı inkişaf etdirməklə yanaşı, keyfiyyətə nəzarət siyasəti, prosedurların qiymətləndirməsi, peşəkar randevuların qəbul edilməsi və saxlanılması ilə bağlı auditorun mövqeyini, audit tapşırıqlarının məqsədlərinə çatmaq və Beynəlxalq Audit Standartlarını tətbiq etmək üçün lazım olan işləri müəyyənləşdirməyi və formalaşdırmağı öyrənəcəksiniz.