CFA (The Chartered Financial Analyst) – eyni adlı institut tərəfindən təklif olunan peşəkar dərəcədir. Bu, investisiyanın idarə edilməsi, maliyyə analizi, portfelin idarə edilməsi, səhmlər, istiqrazlar və törəmə alətləri ilə əlaqəli mövzuların geniş silsiləsini və maliyyənin digər sahələrinə dair ümumi bilikləri əhatə edir.
CFA Kvalifikasiyaları sizə maliyyə hesabatlarının hazırlanması və təhlili, maliyyə alətləri, şirkətlərin maliyyə imkanları, iqtisadiyyat, alternativ investisiyalar, porfelin idarəolunması da daxil olmaqla maliyyə mənbələri üzrə mövzuları dərindən əhatə edir.
CFA peşəkar kvalifikasiyalarından biridir. “Certificate in ESG Investing” proqramı ekoloji, sosial və idarəetmə fəaliyyətini əhatə edir. İnvestorlar əhəmiyyətli risklərin və böyümə imkanlarının müəyyən edilməsi üçün təhlil prosesi çərçivəsində bu qeyri-maliyyə amillərini getdikcə daha çox istifadə edirlər. ESG göstəriciləri, tələb olunan maliyyə hesabatlarının əsasında yer almır, baxmayaraq ki, şirkətlər illik hesabatında və ya ayrı-ayrı davamlı inkişaf hesabatında məlumatları getdikcə daha tez-tez açıqlayırlar.
Davamlı İnkişaf üzrə mühasibat Standartları Şurası (SASB), qlobal hesabat təşəbbüsü (GRİ) və iqlim ilə bağlı maliyyə məlumatlarının açıqlanması üzrə hədəf qrupu (TCFD) kimi çoxsaylı qurumlar bu amillərin investisiya prosesinə daxil edilməsini asanlaşdırmaq üçün standartların formalaşdırılması və əhəmiyyətliliyin müəyyənləşdirilməsi üzərində işləyirlər.
CFA peşəkar kvalifikasiyalarından biridir. Proqram, qlobal investisiya sahəsini aydın şəkildə izah etmək üçün maliyyə, etika və investisiyanın əsaslarını əhatə edir.