CLA – Certified
Loan Analyst

Certified Loan Analyst (CLA) proqramı bank kreditlərinin peşəkar səviyyədə analizi, kredit risklərinin qiymətləndirilməsi və idarə olunması, portfelin idarə olunması və digər mövzularını global standartlara uyğun əhatə edən spesifik bir proqramdır.

CLA statusuna sahib olmaq bank kreditlərinin analizi üzrə peşəkar mütəxəssis oldugunuzun göstəricisidir.

CLA – CertifiedLoan Analyst

CLA statusuna sahib olmaq
bank kreditlərinin analizi üzrə peşəkar mütəxəssis oldugunuzun göstəricisidir.

CLA proqramı

Müasir dövrdə inkişaf sürətinə yetişmək çox vacibdir. Bank sektoru qocalır və insanlar "banklarla necə davranmalı olduqlarını öyrənilər". Bu isə analizləri çətinləşdirir. Təcrübə göstərir ki, təhlil metodları dəyişməsə, effektiv nəticələr əldə etmək mümkün olmur. Bu gün banklarda riskdı olan kredit portfelini nəzərdən keçirdikdə, görmək olur ki, bu sahədə adekvat analitiklərə böyük ehtiyac vardır. CLA proqramının təsis edilməsinin əsas səbəblərindən biri məhz budur.

Bu sertifikasiya proqramının syllabusu Honours Academy, Harvard Business School, Frankfurt Business School və London Institute of Banking&Finance-in bank kreditlərinin analizi və risklərinin idarə olunması üzrə materialları və tədris təcrübəsinə əsaslanaraq tərtib olunmuşdur.

Kreditlərin analiz olunmasının maliyyə hesabatının hazırlanıb, əmsallarla çarpaz yoxlanmasından ibarət olduğunu düşünən, hətta tətbiq edən bank mütəxəssisləri çoxdur. Bu sertifikasiya proqramı bank sektorunda yeni era başladacaqdır. Burada real kredit analizi, risk alətlərindən istifadə və hüquqi risklərdən ödəmə qabiliyyətinə təsir edə biləcək psixoloji və digər amillərədək bütün nüanslar dünya standartlarına uyğun formada tətbiq olunur.

CLA statusu qazanan kredit analitikləri bank sektoruna yeni nəfəs gətirməklə yanaşı, bankların öz kadr siyasətinə yenidən baxmasına səbəb olacaqdır.

Çox qısa zamanda CLA proqramı haqqında yeni məlumatları paylaşacağıq. Saytımızı və sosial mediya hesablarımızı izləməyinizi tövsiyə edirik.

Call button
Whatsapp button