FRM – Financial Risk
Manager

Financial Risk Manager (FRM) – GARP (Global Association of Risk Professionals) tərəfindən təsis edilmişdir və bu akkreditasiya qlobal səviyyədə maliyyə riskləri sahəsi üzrə peşəkarlar üçün ilk sertifikat olaraq tanınır. Bu proqram banklarda, sığorta şirkətlərində, mühasibatlıq firmalarında, tənzimləyici qurumlarda və idarəetmə şirkətlərində aktivlərin idarə olunması və risklərin qiymətləndirilməsi üzrə biliklərə sahib olmaq istəyən şəxslər üçün yararlıdır.

FRM – Financial Risk Manager

FRM Kvalifikasiyası

FRM - GARP’ın peşəkar kvalifikasiyalarından biridir və 2 hissədə ibarət proqramdır. FRM Part I və FRM Part II. Bu kvalifikasiyada banklar, aktivlərin idarə edilməsi, sığorta, konsaltinq şirkətləri və hedcinq fondları kimi müəssisələrin müvəffəqiyyəti və fəaliyyətlərini davam etdirmələri üçün təsirli olan risklərin ölçülməsi və idarə edilməsi əhatə olunur.

FRM Part I

FRM Part I kəmiyyət təhlili, əsas risklərin idarə edilməsi konsepsiyaları, maliyyə bazarları və məhsullar, eləcə də qiymətləndirmə və risk modelləri daxil olmaqla, maliyyə riskinin qiymətləndirilməsi üçün istifadə olunan alətləri əhatə edir.

  • Foundations of Risk Management - Risklərin İdarə Edilməsi
  • Quantitative Analysis - Kəmiyyət Analizi
  • Financial Markets and Products - Maliyyə Bazarları və Məhsulları
  • Valuation and Risk Models - Qiymətləndirmə və Risk Modelləri

FRM Part II

FRM Part I bazar risklərinin ölçülməsi və idarə edilməsi, Kredit risklərinin ölçülməsi və idarə edilməsi, əməliyyat və kompleks risklərin idarə edilməsi, investisiyaların idarə edilməsi, eləcə də maliyyə bazarlarında mövcud problemlərin daha dərindən öyrənilməsi yolu ilə FRM imtahanının I hissəsində əldə olunan nəzəri biliklərin tətbiqinə həsr olunmuşdur.

  • Market Risk - Bazar riski
  • Credit Risk - Kredit Riski
  • Operational Risk and Resiliency - Əməliyyat riski və Dayanıqlılıq
  • Liquidity and Treasury Risk Management - Likvidlik və Xəzinə Risklərinin İdarə Edilməsi
  • Risk Management for Investment Management - İnvestisiya İdarəçiliyi üçün Risklərin İdarə Edilməsi
  • Current Issues - Cari Problemlər