MyACCA ilkin qeydiyyat

Honours Academy vasitəsilə ACCA-in rəsmi portalında ilkin qeydiyyatdan keçmək (MyACCA hesab açmaq) üçün aşağıdakı qaydalar və tələblərlə tanış olub təsdiq etməyinizi və müvafiq məlumatlarınızı bizə göndərməyinizi xahiş edirik.



* ACCA-də ilkin qeydiyyatdan keçmək (myACCA hesabın açılması) üçün sənədlərinizi təqdim etdikdən və hesab açılması üçün müraciət ödənişini (hal-hazırda 235 AZN) ödədikdən sonra qeydiyyat prosesi başladılır.

Tanış oldum

* Qeydiyyat prosesi başladıqdan sonra 7-10 iş günü ərzində (bəzi hallarda bu müddət bizdən asılı olmayan səbəblərdən fərqli ola bilər) hesabınız ACCA tərəfindən təsdiqlənir. Hesabınız bizdən asılı olmayan səbəblərdən (sənədlərin orijinal olmaması, ACCA-in tələblərinə uyğun gəlməməsi və ya digər səbəblərdən) təsdiqlənməsə, ödəniş ACCA-ə ödənildiyindən ödənişin tələbəyə geri qaytarılmasına və ya digər məsələlərdə yaranacaq problemə görə Honours Academy məsuliyyət daşımır.

Tanış oldum

* Bəzi hallarda hesab təsdiqləndikdən sonra da imtahana buraxılmaqla bağlı (exemption-ların verilməsi və s. səbəbdən) texniki və ya digər problemlər yarana bilər. Bu tipli hallarda problemin həll olunması üçün lazım olan dəstəyi təmənnasız olaraq göstərməyə hazır olsaq da, problemlərin həlli ACCA-lə əlaqəli olduğu üçün Honours Academy problemin həll olunmasına görə məsuliyyət daşımır.

Tanış oldum

* Hesabınız tam təsdiq olunduqdan sonra sizə e-mail vasitəsilə
(cbe@honours.academy mail adresindən) bildiriş göndəriləcəkdir.

Tanış oldum

Tələb olunan sənədlər:


Diplomun ingilis dilinə tərcümə olunmuş və natarius tərəfindən təsdiqlənmiş surəti
(minimum bakalavr dərəcəsi):

* Əgər tələbəsinizsə, universitetdən arayış tələb olunur. Arayışda təhsil dərəcəniz (bakalavr sözü), ixtisasınız, neçənci kursda təhsil almağınız mütləq qeyd olunmalıdır.

Xarici passport (xarici passportunuz yoxdursa, şəxsiyyət vəsiqənizi ingilis dilinə
tərcümə olunmuş və natarius tərəfindən təsdiqlənmiş surəti):

Təhsil sənədi ilə şəxsiyyəti təsdiq edən sənəddə soyadı fərqli olan şəxs üçün (həmçinin): soyad dəyişikliyini təsdiq edən sənədin (məs.: nikah haqqında şəhadətnamə) ingilis dilində tərcümə olunmuş və natarius tərəfindən təsdiqlənmiş surəti.

* Hesabınız tam təsdiq olunduqdan sonra sizə e-mail vasitəsilə (cbe@honours.academy mail adresindən) bildiriş göndəriləcəkdir.

Ödəniləcək məbləğ: 235 AZN

Tanış oldum

Call button
Whatsapp button