Komandamıza yeni təlimçilər cəlb edərkən axtardığımız əsas prioritet maliyyə elmlərini dərindən bilən və tədris zamanı aydın şəkildə izahetmə və öyrətmə bacarıqlarının olmasıdır.
Bizimlə işləməyin sizə qazandıracağı üstünlüklər:
•Ölkənin üstün keyfiyyətli təhsil mühitinə sahib maliyyə akademiyasında nüfuzlu təlimçi karyerası;
•Beynəlxalq ixtisasartırma kurslarında iştirak edərək dünya səviyyəli sertifikatlar əldə etmək imkanı;
•Şəxsi brendini formalaşdırmaq üçün tədbirlər planı;
•Hər bir çətinlikdə yanınızda olan “Pro”-lar komandası;
•Bütün təlim qruplarında dolub-daşan auditoriyalar;
•Tədris edəcəyiniz təlimlərin sizin iş qrafikinizə uyğunlaşdırılması;
•Öyrənməyə həvəsli gənc beyinlərlə iş;
•Qeyd-şərtsiz ölkədəki ən yüksək təlimçi məvacibi.
Təlimçilərimizdə axtardığımız xüsusiyyətlər:
•Maliyyə sahələri üzrə beynəlxalq kvalifikasiyalara sahib olmaq;
•Aydın izahetmə və öyrətmə qabiliyyəti;
•Yüksək kommunikasiya bacarığı;
•Auditoriyaya həm ümumi, həm də individual yanaşma bacarığı;
•Təcrüblərini bölüşərək, tələbələrdə xüsusi motivasiya yaratmaq gücü;
•Təlimçiliyə sevgi.
Uyğun namizədlər cv-lərini mövzu hissəsində "Finance Tutor" yazmaqla tutor@honours.academy mail adresinə göndərə bilərlər.