Vəzifə öhdəlikləri:
Təlimlərin və dərslərin təşkili prosesinə kömək etmək;
Tədris cədvəllərinin hazırlanması və iştirakçıların siyahılarının idarə olunmasına dəstək olmaq;
Təlim materiallarının paylaşılmasında iştirak etmək;
Müəllim və tələbələr arasında koordinasiyanı təmin etmək;
Tədris keyfiyyətinin yüksəldilməsi üçün geri dönüşləri toplamaq və analiz etmək;
Komandanın işini asanlaşdırmaq üçün inzibati dəstək göstərmək.
Tələblər:
Təhsil, idarəetmə və ya əlaqəli sahədə təhsil alan sonuncu kurs və ya yeni məzun olan şəxslər;
Ünsiyyət bacarıqları yüksək olan və komanda ilə işləməyi bacaran;
Planlaşdırma və təşkilatçılıq qabiliyyətinə sahib;
Ofis proqramları (MS Office, Google Workspace) ilə işləmə bacarığı;
Dəqiq və məsuliyyətli olmaq;
Təhsil sektoruna maraqlı olmaq.
İş şəraiti:
• İnnovativ və yeniliyə açıq gənc komanda;
• Öyrədici və inkişaf etdirici iş mühiti;
• Ödənişli Təcrübə imkanı
•Təcrübə müddətini uğurla başa vuran namizədlərə gələcəkdə iş imkanı.
Uyğun namizədlər cv-lərini mövzu hissəsində "Təhsil Koordinatoru lntern" yazmaqla cv@honours.academy mail adresinə göndərə bilərlər.