Vəzifə öhdəlikləri:
- Təlimlərə tələbin ölçülməsi və potensialın müəyyən olunması üçün araşdırmalar aparmaq;
- Yeni təlimçilər cəlb etmək, cari və yeni təlimləri təşkil etmək;
- Təlimçilərlə iş prosesini icra etmək;
- Təşkil olunan təlimlərin keyfiyyətini tənzimləmək.
Tələblər:
- 25-30 yaş
- Yüksək müşahidə və araşdırma bacarığı;
- Təşkilatçılıq və idarəetmə bacarığı;
- Punktuallıq;
- Yüksək kommunikasiya bacarığı;
- İngilis dili biliyi üstünlük hesab olunur.
İş şəraiti:
- İnnovativ və yeniliyə açıq gənc komanda;
- Öz ixtisasında peşəkar idarə heyəti;
- Yeni qurulan departamentdə qısa zamanda yüksəlmək potensialı;
- Namizəddən asılı olaraq 600-800 AZN arasında dəyişən sabit əmək haqqı + iş performasından asılı olaraq bonus hesablanır. (Max bonus limiti: 3000 AZN)
Uyğun namizədlər cv-lərini mövzu hissəsində "Təlim koordinatoru" yazmaqla cv@honours.academy mail adresinə göndərə bilərlər.