Bloq

ACCA sertifikatı İngilis dilində yoxsa Azərbaycan dilində?

Hər kəsə məlumdur ki, Azərbaycan dilində əldə edilmiş "ACCA" sertifikatları Beynəlxalq səviyyədə tanınmır və rəsmi olaraq qəbul edilmir. ACCA sertifikatlaşdırma proqramına Azərbaycan dilində hazırlaşan tələbələr isə nəticədə həm maddi həm də zaman baxımından ciddi mənada itkiyə və zərərə məruz qalır.

Lakin, Azərbaycan dilində əldə edilmiş "ACCA" sertifikatlarının yuxarıda qeyd edilən səbəbdən daha ağrılı və çox daha zərərli nəticələri vardır.

Ölkəmizdə fəaliyyət göstərən 15-dən çox aparıcı şirkətlərin İnsan Resursları departamenti ilə aparılmış araşdırmaya görə, əgər siz Azərbaycan dilində əldə etdiyiniz "ACCA" sertifikatı ilə hər hansısa işəgötürən şirkətə müraciət etsəniz həmin şirkətlərdə sizə qarşı aşağıdakı fikirlər yaranmış olur:
1) Sİz ingilis dilində bilmirsiniz.
2) Çətinlikdən qorxursunuz və cəsarətiniz yoxdur.
3) Düzgün qərar vermə qabiliyyətinə sahib deyilsiniz.
4) Öyrənməyə və inkişaf etməyə meyilli deyilsiniz.
5) Əzmkar və iradəli deyilsiniz.
6) Hədəf təyin etmə və seçim etmə bacarıqlarına malik deyilsiniz.
7) Aza qane olansınız və nə istədiyinizi bilmirsiniz. Və s.

Bütün qeyd edilmiş fikirləri ümumiləşdirərək qeyd etmək istərdik ki, “Honours Academy - Institute of Finance” olaraq biz sosial dəyərləri, insanlara gələcək bəxş etməyi, işsiz şəxslərin işlə təmin edilməsi məsələlərində onlara diqqət və qayğı göstərməyi hər zaman maddiyyatdan üstün tutduğumuzdan bəyan etmək istərdik ki, “Honours Academy”-də heç zaman Azərbaycan dilində ACCA tədris edilməyəcəkdir!

Texnologiyanın inkişafı nəticəsində globallaşan və inteqrasiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə bir çox şirkətlər ingilis dilinin vacib olduğunu anlayaraq, İngilis dilini bilən işçilərin işə götürülməsinə üstünlük verir. Bundan əlavə həmin şirkətlər öz əməkdaşlarının işdə tədbiq etdikləri sahələr üzrə həmin əməkdaşların inkişafı üçün onlara maddi resurs ayırır ki, bu inkişaf yolu da yenə də ingilis dilini bilməkdən keçəcəkdir. Buna görə də, gec olmadan ingilis dilini öyrənməli və yuxarıda qeyd edilən səhvləri etmədən daha məntiqli addımlar atmalısınız.

Unutmayın ki, siz ACCA–ni İngilis dilində öyrənsəniz siz aşağıdakıları əldə etmək şansını qazanacaqsınız:
1) İngilis diliniz ən azı bir səviyyə inkişaf edəcək
2) Maliyyəyə aid terminalogiyanı, eləcə də bir çox akademik sözləri öyrənmiş olacaqsınız
3) Sizin 150-dən çox ölkədə tanınan sertifikatınız olacaq
4) ACCA-dan “Achivement” sertifikatı əldə etmək şansınız olacaq
5) ACCA üzrə təhsil təqaüdü əldə etmək şansınız olacaq.

Azərbaycan dilində ACCA sertifikatları

 

Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan dilində ACCA sertifikatları beynəlxalq və hətta yerli şirkətlərdə belə ciddi qəbul olunmur.Onda belə bir sual ortaya çıxır ki,bəs ingilis dili yüksək səviyyədə olmayan şəxslər ACCA imtahanlarına hazırlaşa bilməz?

 Honours Academy komandası olaraq ACCA sertifikatı almaq istəyən şəxslər üçün təlim materialları və vəsaitlərini ingilis dilində saxlamaqla dərs izahlarını Azərbaycanca edərək İngilis dilində ACCA sertifikatını almağı peşəkar təlimçilərimiz vasitəsi ilə asanlaşdırmağa çalışırıq.Siz də ACCA kvalifikasiyaları haqqında ətraflı məlumat almaq və karyeranızı maliyyə və mühasibat sahəsində davam etdirmək istəyirsinizsə bura keçid edərək ətraflı məlumat ala bilərsiniz.

Əlaqəli məqalələr

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibatlıq kursları, mühasiblik təlimi

Mühasibat uçotu biznesin maliyyə hesabatlarını təşkil edən və idarə edən bir peşədir. Buna görə də, mühasibat uçotu bacarıqları istənilən biznesin uğuru üçün vacibdir.

Ətraflı
Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları, maliyyə təlimləri

Maliyyə kursları - maliyyə sahəsində tədris verən və tələbə yetişdirən qurumlara verilən ümumi addır.

Ətraflı
CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi, CBLA sertifikatı, CBLA kursları

CBLA təlimi haqqında ətraflı məlumat almaq üçün məqaləyə keçid edin

Ətraflı
Təlimlərimizə
qoşulmaq

istəyirsən?
Call button
Whatsapp button